Frankfurt
sərgisində kitablarımıza
böyük maraq var
Oktyabrın 10-da Almaniyanın Frankfurt şəhərində 63-cü Beynəlxalq kitab sərgisi açılıb.
Oktyabrın 14-dək davam edəcək
sərgidə Azərbaycanın
çap-poliqrafiya məhsulları
da nümayiş olunur. Tədbirdə
ölkəmizi Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının məsul
əməkdaşlarından ibarət nümayəndə
heyəti təmsil edir.
Ölkəmizin zəngin mədəniyyətinin,
inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin,
kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Frankfurtun
“Messe” sərgi şəhərciyində 40 kvadratmetr
sahədə gözəl
dizayna malik “Azərbaycan” stendi qurulub. Stenddə Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
nəşr olunan, Milli Kitabxananın fondlarından gətirilən
350 adda nəfis kitab və 700 nəşr məhsulu yer alıb. Sərginin
ilk günündə stendimiz
tamaşaçıların diqqətini cəlb edib və xeyli
ziyarətçi toplayıb.
Oktyabrın
13-də sərgi çərçivəsində
Azərbaycan nümayəndə
heyətinin və Almaniyanın Mainz Universitetinin
bir sıra alimlərinin iştirakıyla
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.
Frankfurt Beynəlxalq kitab sərgisi dünyanın ən böyük nəşr məhsulları
yarmarkasıdır. Ənənəvi
olaraq hər il oktyabrın
ortalarında keçirilən
yarmarkada dünyanın
bütün nəşriyyatları
və multimedia şirkətlərinin
nümayəndələri bir
araya gəlirlər. Yarmarkada dünyanın 110
ölkəsinin 7500-dən çox
stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.
Bu sərginin
500 ildən çox tarixi ənənəsi
var. Yohannes Quttenberq
Frankfurt-Maynz yaxınlığında
kitab çapını
ixtira etdikdən sonra ilk kitab yarmarkası yerli satıcılar tərəfindən
keçirilib. XVII əsrin
sonunda Avropanın ən əhəmiyyətli
kitab yarmarkasına çevrilib. İntibah dövründə siyasi və mədəni inkişafın nəticəsi
olaraq Leypsiq kitab yarmarkası onu kölgədə qoyub.
Bu ənənələr
illər sonra davam etdirilib, 1949-cu ildə Müqəddəs
Paul Kilsəsində ilk kitab
yarmarkası yenidən
keçirilib və o vaxtdan Frankfurt kitab yarmarkası yenidən özünün qabaqcıl
mövqeyini qazanıb.
Ölkəmiz
Frankfurt kitab sərgisində
beşinci dəfədir
ki, təmsil olunur.
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 3.