Mədəniyyət
və turizm naziri Beynəlxalq
İdman Kinosu və
Televiziyası Federasiyasının prezidenti
ilə görüşüb
Oktyabrın 11-də mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Beynəlxalq İdman Kinosu və
Televiziyası Federasiyasının prezidenti Franko Askani ilə görüşdü.
Qədim və zəngin mədəniyyətə
malik Azərbaycana gəlişindən məmnunluğunu ifadə
edən qonaq Bakı ilə tanışlığın onda
böyük təəssürat yaratdığını dedi.
O, Azərbaycanın dünyada həm də idman ölkəsi
kimi tanındığını vurğuladı.
Qonaq Bakıda I Beynəlxalq
İdman Filmləri Festivalı keçirilməsi münasibətilə
təbriklərini çatdırdı və bu sənət
bayramının ənənəvi olaraq təşkil edilməsini
arzuladı.
Franko Askani Milanda keçirilən idman filmləri festivalı haqqında da məlumat verdi. Qeyd
etdi ki, hər il
bu festivala 700-800 film göndərilir. Onların
içərisindən seçilən
150 film kinoteatrlarda nümayiş
olunur. Bir çox ölkələrin
idman televiziya kanalları vasitəsilə
festival canlı yayımlanır.
F.Askani bildirdi ki, festivalla bağlı geniş təbliğat işi aparılır. Bu işə
məktəb və universitetlər də cəlb olunur. Tədbir çərçivəsində
yalnız filmlərin nümayişi deyil, idmana həsr olunmuş sərgilər, dəyirmi masalar da təşkil olunur.
Nazir Əbülfəs Qarayev qonağın ölkəmizə
səfərindən məmnun
olduğunu bildirdi. Söhbət əsnasında
dünyada çəkilən
idman filmləri, idman kanalları, həmçinin Milanda keçirilən festival barədə
fikir mübadiləsi aparıldı.
Reyhan
Mədəniyyət.-
2012.- 12 oktyabr.- S. 3.