Ölkəmizin turizm imkanları Kiyevdə nümayiş olunur

 

   Oktyabrın 11-də Kiyevdə «Ukraine International Travel Market» adlı beynəlxalq turizm sərgisi işə başlayıb. Azərbaycan sərgidə geniş nümayəndə heyəti ilə təmsil olunur. Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə şöbənin tədqiqat işləri, statistika lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Gəncə Şəhər Turizm İnformasiya Mərkəzinin direktoru C.Rəhimov, Azərbaycanda fəaliyyət göstərən 7 turizm şirkətinin, o cümlədən «Regea Travel», «Billur Tour», «Geo Travel», «Millennium Tourism & Congress DMC», «Gilan turizm», «Qranit AS» «Safe Way» şirkətlərinin təmsilçiləri daxildir.

   Sərgidə respublikamızın turizm imkanları 48 kvadratmetr sahədə nümayiş olunur. Stendimiz ziyarətçi iştirakçılara paylanması üçün ingilis, rus Ukrayna dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə digər təbliğat materialları ilə təmin olunub.

   Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, «İnternational Ukraine Travel Market» beynəlxalq turizm sərgisində iştirak edir.

   Ötən il tədbirdə 40 ölkədən 600-ə yaxın şirkət təmsil olunub.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 12 oktyabr.- S. 3.