Nəticələr
inkişaf strategiyasının
uğurlarından xəbər verir
2012-ci
ilin 9 ayında Xətai rayonunun
sosial-iqtisadi inkişafının
yekunları ilə əlaqədar keçirilən geniş yığıncağı rayon icra hakimiyyətinin
başçısı Razim Məmmədov
açaraq bildirdi ki, Azərbaycan suverenlıyinin üçüncü
onilliyində də müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində möhtəşəm uğurlara
imza
atmaqdadır.
Bu
ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunları ilə əlaqədar Nazirlər Kabinetinin
oktyabrın 10-da keçirilmiş iclasında Prezident İlham
Əliyev bu müddətdə əldə olunan nailiyyətlərdən
danışarkən qeyd etmişdir ki, ölkə
iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın
yekunları bunu bir daha əyani şəkildə göstərir.
Bütün makroiqtisadi göstəricilərimiz yüksək
səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz
artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz
artmışdır. Son aylar və illər ərzində bu, ən
vacib göstəricidir. Ölkə iqtisadiyyatında əldə
olunan nəticələri əsas götürən dövlət
başçısı 2012-ci ilin ötən dövründə
Azərbaycan iqtisadiyyatına 16 milyard dollar sərmayə
qoyulduğunu, kənd təsərrüfatının 6,3 faiz
artdığını, strateji valyuta ehtiyatlarımızın
ilin əvvəlindən təxminən 5 milyard dollar artaraq,
hazırda 45 milyard dollara çatdığını diqqətə
çatdırmaqla, dünyada iqtisadi böhranın dərinləşdiyi
bir vaxtda respublikada inkişaf strategiyasının davam etdiyini
bildirmişdir.
R.Məmmədov
ölkənin davamlı inkişaf prosesində paytaxtın iri
rayonlarından biri kimi Xətai rayonunun da bir çox
uğurlara imza atdığını, ölkənin, o cümlədən
Bakının ümumi sosial-iqtisadi inkişaf tempində öz
mövqeyini qoruyub saxladığını konkret rəqəmlərlə
diqqətə çatdırmışdır:
-
2012-ci ilin birinci yarısının makroiqtisadi göstəricilərin
təhlili, ötən illərdə olduğu kimi, bu il də
rayon iqtisadiyyatının inkişaf etdiyini və sosial məsələlərin
uğurla həll olunduğunu göstərir.
İlin
9 ayı ərzində rayonun sənaye sahəsində 730 milyon
manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir. Sənaye istehsalının 7,9 faizi məhsul
istehsalının, 92,1 faizi isə sənaye xarakterli xidmətlərin
payına düşmüşdür. Sənayenin dövlət
sektorunda 713 milyon 967min manatlıq və ya ümumi
istehsalın 97,8 faizi qədər, qeyri-dövlət sektorunda
isə 16 milyon 33 min manatlıq və ya ümumi istehsalın
2,2 faizi səviyyəsində sənaye məhsulu istehsal
edilımiş və xidmətlər göstərilmişdir.
Tikinti
kompleksində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 411 milyon 788 min manat məbləğində
investisiya qoyulmuşdur. İstifadə olunmuş vəsaitin 118
milyon 959 min manatı tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə sərf olumuşdur.
Natiq,
həmçinin qeyd etmişdir ki, dövlət
başçısınin ölkədə işsizliyin tamamilə
aradan qaldırılması istiqamətində qarşıya
qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin
açılması üçün mövcud imkanlardan
maksimum istifadə olunmuş, əmək ehtiyatlarından
istifadəyə diqqət artırılmış, vakant iş
yerləri haqqında məlumatlar toplanmışdır.
Ümumiyyətlə, 2003-cü il oktyabrın 1-dən 2012-ci
il oktyabrın 1-nə rayonda 26633 yeni iş yeri
açılmışdır. Bu ilin 9 ayında
açılmış 3372 iş yerinin 240-ı yeni
yaradılan müəssisələrdə, 1065-i mövcud
müəssisələrdə, 48-i fəaliyyətini bərpa
etmiş müəssisələrdə, 2019-u isə fiziki
şəxslər tərəfindən
yaradılmışdır. İşsizliyin aradan
qaldırılması, heç şübhəsiz, rayonda əhalinin
maddi-rifah halının davamlı olaraq yüksəlməsinə,
vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə
geniş imkan yaratmış, nəticədə rayonun iqtisadi və
sosial sahələrində muzdla işləyənlərin orta
aylıq nominal əmək haqqı 2012-ci ilin yanvar-sentyabr
aylarında əvvəlki ilin müvafiq dörü ilə
müqayisədə 8 faiz artaraq 542,5 manat, sənaye müəssisələrində
çalışanların orta aylıq əmək haqqı isə
16 faiz artaraq 528 manat, tikinti kompleksində 8,5 faiz artaraq 562,4
manat təşkil etmişdir.
R.Məmmədov, həmçinin son illər Xətai rayonunda ulu öndər Heydər Əliyevin "Qara şəhəri ağ şəhərə çevirək" arzusunun gerçəkləşməsi istiqamətində aparılan işlərin də bir an belə səngimədiyini diqqətə çatdırmışdır:
- Sürətlə inkişaf edən Bakının Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işləri həm də özünün geniş miqyası ilə seçilir. Görülən işlərdən daha çox diqqət çəkən "Ağ şəhər layihəsi"dir. Ötən ilin dekabr ayının sonunda Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə təməl daşının qoyulduğu Bakı Ağ şəhər layihəsinin inşası hazırda çox böyük sürətlə həyata keçirilməkdədir.
Ötən ilin may ayında qəbul olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xətai rayonunun mövcud problemləri də öz geniş əksini tapmışdır. Proqramda üç il müddətində rayonda 79 bənddən ibarət tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu gün nəzərdə tutulmuş işlərin icrası rayonun sosial-iqtisadi inkişafına yeni təkan vermişdir.
Dövlət Proqramı və ona edilmiş əlavələrə uyğun olaraq rayonda təhsil üzrə 29 ümumtəhsil məktəbinin və 29 uşaq bağçası-körpələr evinin əsaslı təmiri və əlavə tədris korpuslarının tikintisi nəzərdə tutulub. Hesabat dövründə 13 məktəb və Təhsil Nazirliyi tərəfindən əlavə investisiya layihəsi çərçivəsində 278 saylı "Zəkalar" liseyi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Məruzədə qeyd olundu ki, proqram çərçivəsində əsaslı təmir olunan səhiyyə müəssisələrində də işlər qrafik üzrə aparılmış, 2 və 8 saylı uşaq poliklinikalarında, 6 saylı şəhər poliklinikasında təmir işləri bu ilin birinci yarısında başa çatdırılmışdır. 2 saylı Vərəm Dispanseri üçün binanın tikintisi və 7 saylı şəhər poliklinikasında təmir işləri davam edir.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov hesabat məruzəsində Xətai rayonun yol infrastrukturunun yenidən qurulması, istilik mövsümünə hazırlıq, əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatı və bir sıra digər vacib məsələlərlə bağlı da ətraflı məlumat verdi. İli uğurla başa vurmaq üçün qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq rayon təsərrüfatlarının bütün rəhbərlərini öz vəzifələrinə ciddi yanaşmağa və tapşırılan işi yüksək məsuliyyətlə yerinə yetirməyə cağırdı.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və digər natiqlər hesabat dövründə görülən işləri qənaətbəxş hesab etdilər və tapşırıqların yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirdilər.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2012.- 17 oktyabr.- S. 6.