Bəşəriyyətin
ən parlaq dühası
Oktyabrın
12-də Qazax Rayon Mərkəzi
Kitabxanası Müəllimlər İnstitutunun
Qazax filialının tələbə-gənclər
təşkilatı ilə birgə dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi
münasibətilə “Bəşəriyyətin ən parlaq dühası” adlı şeir
gecəsi keçirib. Təhsil
ocağında gerçəkləşən tədbiri Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq Nizami Gəncəvinin
yaradıcılığından danışıb, onun əsərlərində humanist,
ümumbəşəri ideyaların parlaq
bədii əksini tapdığını vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin
Qazax zona filialında ədəbi
məsləhətçi, şair Bilal Qoca Nizamiyə həsr
etdiyi şeirini oxuyub. İnstitutun müəllimlərindən
F.Əliyev, İ.Qəsəbova, T.Pirməmmədova dahi şairin
yaradıcılığı ilə bağlı məruzələrlə
çıxış ediblər. Tələbələr şairin qəzəllərini səsləndiriblər.
Sonda rektor Afaq Qasımova çıxış edərək
dahi şairin əsərlərində
pedaqoji fikirlərindən, mənəvi-əxlaqi
tərbiyə məsələlərindən söz
açıb.
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 10.