Bakıda
Fransa kurortlarının təqdimatı keçirildi
Yaxın gələcəkdə Azərbaycan
vətəndaşları bu ölkəyə
8-10 gün ərzində viza
ala biləcək
Oktyabrın 12-də “Park İnn” hotelində «Atout France» turizm
agentliyinin Rusiya
nümayəndəliyinin təşkilatçılığı
ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün
Fransa kurortlarının təqdimatı keçirildi.
Tədbirdə çıxış edən «Atout France» agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri Anastasiya Kurçevskaya qurumun fəaliyyəti barədə danışdı. Onun sözlərinə görə, 1987-ci ildən fəaliyyət göstərən «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətlərinin işçi görüşlərini təşkil edərək onların arasında əlaqə yaradır. Hazırda agentlik 30 ölkədə təmsil olunur. «Atout France»nin 2002-ci ildə Moskvada açılan nümayəndəliyi eyni zamanda MDB ölkələrini də əhatə edir.
Fransanın dünyada ən çox turist cəlb edən ölkə olduğunu vurğulayan A.Kurçevskaya ölkənin turizm regionları haqqında toplantı iştirakçılarına məlumat verdi. Bildirdi ki, Fransanı daha yaxından tanıtmaq məqsədilə bu yaxınlarda onlayn təhsil layihəsinə start verilib. Bundan sonra www.formation.franceguide.com saytında qeydiyyatdan keçərək bu layihədə iştirak etmək mümkün olacaq. Təhsili uğurla başa vuranlara isə Fransa üzrə mütəxəssis olduğunu təsdiqləyən diplom təqdim ediləcək.
A.Kurçevskaya
onu da bildirdi
ki, bir çox
turistlər Fransa kurortlarının həddən
artıq bahalı olduğunu düşünür: «Əlbəttə,
Fransanın bahalı kurortları çoxdur.
Onlardan Kurşevel,
San Bartelemi, Qrenobl, Şamberi və s. adını çəkmək
olar. Lakin elə həmin
kurortlarda münasib qiymətlərə hotel və
xidmətlərdən istifadə
etmək mümkündür.
Azərbaycan turistləri üçün
əlverişli məqamın
biri odur ki, həftədə 4 dəfə Bakı-Paris marşrutu üzrə birbaşa aviareys mövcuddur».
Tədbirdə eyni zamanda Fransanın turizm potensialı haqqında yeni sayt -
ru.rendezvousenfrance.com təqdim edildi. Saytda göstərilən ölkə haqqında ümumi informasiya ilə yanaşı, agentliyin işlədiyi turizm şirkətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Tədbirdə Fransada fəaliyyət
göstərən turizm
şirkətləri, hotellər,
istirahət zonaları
və dağ-xizək
kurortlarının nümayəndələri
Azərbaycanla turizm sahəsində əməkdaşlıq
etməkdə maraqlı
olduqlarını bildirdilər
və geniş təqdimatla çıxış
edərək təkliflərini
səsləndirdilər.
Qeyd edək ki, Fransa səfirliyi ölkəmizin vətəndaşları
üçün vizanın
verilmə müddətini
azaltmaq niyyətindədir.
Bu barədə jurnalistlərə
açıqlama verən
Fransanın Azərbaycandakı
səfiri Paskal Mönienin sözlərinə
görə, iki ölkə arasında əlaqələr ilbəil
inkişaf etdirilir və bu əlaqələr
gələcəkdə də
genişləndiriləcək: «Biz bir çox istiqamətlərdə, o cümlədən
turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik.
Hazırda Azərbaycan vətəndaşları
üçün vizanın
verilmə müddətinin
azaldılması istiqamətində
işlər aparılır.
Yaxın
gələcəkdə Azərbaycan
vətəndaşları vizanı
10, hətta 8 gün ərzində ala biləcək».
Xatırladaq ki, hazırda
Fransa səfirliyindən
vizanın alınması
üçün təxminən
15 gün tələb
olunur.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 17 oktyabr.- S. 9.