Şahdağ əzəmətli poeziya

 

   Dağ təbiətin möcüzəsi, vüqarlılıq, ucalıq, dözümlülük rəmzi, əbədilik və romantika simvoludur. Ulu Tanrıya lap yaxını da elə möhtəşəm dağ zirvəsidir. Babalarımız dağı müqəddəs bilib, ona and içiblər.

  

   Şair Həsən Xasiyev 1952-ci ildə əzəmətli Şahdağın ətəyindəki Zindanmuruq kəndində dünyaya göz açıb. Uşaqlıq illəri “qüdrətdən səngərli - qalalı dağlar”da, barlı-bərəkətli Qusar torpağında keçib. Bəlkə də bu dağların sərtliyi, dəyanəti, həm də bir qədər zəhmliliyi hopub Həsən müəllimin təbiətinə. Gur şəlalələr, çaylar, yaşıl ormanlar önündə heyrətə gəlib saatlarla tək-tənha xəyallara, dərin düşüncələrə dalıb. Dağda qoyun-quzu otara-otara təbiətin qaya-qaya, daş-daş, cığır-cığır olan kitabından çox şey əxz edib. Dağların müqəddəs hikmətini dərk edib, ilhamı dağ şəlaləsi tək çağlayıb və beləcə əlinə qələm alıb.

   Həsən müəllimi Şahdağın havası, suyu, Qusarın çörəyi və tərbiyəsi ilə böyümüş bir övlad, kəndinə, kəsəyinə bütün varlığı ilə bağlı ziyalı, vətəndaş-şair kimi rayonda yaxşı tanıyırlar.

   Yazı zümrüd meşəli, yayı buz bulaqlı, payızı barlı-bəhrəli, qışı ağ örpəkli Qusar ona yeni mövzular verir. Azərbaycan təbiəti, yurd sevgisi şairin poeziyasında elə sözlərdən biçilib ki, müəllifin poetik düşüncələrində qəribə bir vurğunluq, canıyananlıq duyursan. Şahdağın saf havası, coşqun Samurun sehrli nəğmələri, Şahnabatın zümzüməsi, Qayibulağın şəfaflığı, Silibir yaylağının tər çiçəklərinin ətri, ”Pərizada” və ”Ləzginka”nın şux musiqisi qarışıb şeirlərinin mayasına:

  

   Şahdağın havası ciyərlərimdə,

   Axır damarımda Şahnabat suyu.

   Gözüm yox dünyanın heç bir yerində,

   Yaşaram Qusarda həyatım boyu.

  

   Oxu “Pərizada”, əl çalsın hamı,

   Ləzginkabu yerdə demə ki, susar.

   Kükrəsin Samur tək şair ilhamı,

   Yaşa, Azərbaycan, yaşa, ey Qusar!

  

   Bəli, Həsən müəllim Azərbaycana müqəddəs bir yer kimi baxmağa, Vətən haqqında əqidə məsləyini dəyişməməyə səsləyən ziyalıdır. Doğma Azərbaycan, eləcə onun bir parçası olan Qusar şair üçün hər şeydən qiymətlidir, ömrünün məramı qayəsidir. Əbəs yerə deməyiblər ki, “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Son illər vətənimizin üzləşdiyi ağrılı-acılı hadisələr bir şair-vətəndaş kimi onu narahat edir.Qarabağ harayı”, “Fəxrəddin”, “Oğullarpoemaları bu dərddən, vətənpərvər igidlərimizin qəhrəmanlığından söz açır:

  

    Namus, qeyrət qalasıdır,

    Ürəklərdə qalasıdır.

    Qorxmaz ləzgi balasıdır,

    Bizim Qusar şəhidləri.

  

    Bu Bəhruzdu, bu Sərvərdi,

    Bu İmrandı, bu Cəfərdi,

    İgid Adil, mərd Azərdi,

    Bizim Qusar şəhidləri.

  

   Qusar şəhidləri”, “Ocağın odu”, “Qusarda yazdığım kitab”, “Şahdağ sovqatı”, “Ömür hesabat istər”, “Şərəfli həyat yolukitabları, elmi-publisistik məqalələri, dolğun çıxışları, aldığıQızıl qələm”, “Arazali ədəbi mükafatları təcrübəli qələm sahibinin Azərbaycana, doğma torpağa sədaqətindən, məhəbbətindən, söz adamı kimi yüksək peşəkarlığından soraq verir.

  

   Şahdağda çiçəklər ətir kimidir,

   Başında buludlar çətir kimidir.

   Pətəklər kəlmə tək, sətir kimidir,

   Arılar şirini balına yazar.

  

   Babamız mehtər tək keçirər günü,

   Çəkər at belində elin yükünü.

   Qoruyar ocağı, malı, mülkünü,

   Niyyəti asdığı nalına yazar,

 

   - deyən Həsən Xasiyevin Vətən ünvanlı əsərlərində vətəndaş sevgisi ilə bərabər, xalqlar dostluğuna çağırış duyğuları çox güclüdür. Publisistik yazılarında dostluq, qardaşlıq, birlik ənənələrini yaşatmağa səy göstərib. Söz xiridarı kimi həmişə sözün qədir-qiymətini, yerini, məqamını bilib. Şeirləri ona görə ürəklərə yol tapıb ki, səlis dili, inci tək sözləri, xüsusi deyim tərzi var. Bu həm xalq ruhuna, folklora, milli-mənəvi dəyərlərə, özünü dərk etməyə, soykökünə bağlılıqdan irəli gəlir.

   El-obasının sevinc-kədərini, arzu-istəklərini əsərlərində ustalıqla, səy bacarıqla işıqlandırdığına görə onu dəfələrlə məktəblilərlə, tələbə, ziyalılarla, əmək müharibə veteranları ilə görüşlərə dəvət ediblər. İctimai məzmun əhəmiyyət kəsb edən bu əsərlər görüşlər barəsində mətbuat səhifələrində çoxlu xoş sözlər yazılıb, televiziyada verilişlər nümayiş olunub.

  

   Elə bilmə burda bekar, naçaram,

   Dərələrdən, təpələrdən qaçaram,

   Ürəyimi bir gözələ açaram,

   A Şah dağı, Şah dağı.

  

   Dağ çayı tək şırım - şırım axan mən,

   Şimşək olub, parlayan mən, çaxan mən,

   Şair kimi zirvəsinə çıxan mən,

   A Şah dağı, Şah dağı...

  

   Filologiya elmləri namizədi A.ƏhmədovunŞahdağ sovqatıkitabına yazdığı ön sözündə oxuyuruq: “Həsən Xasiyev özünə şeirlərinə tələbkar olduğundan ehtiyac duymadığı daxilən yaşamadığı mövzunu qələmə almır. Ömrü boyu həqiqət, ədalət, qanun, düzgünlük axtarışında olub. Şeirlərində insanı yüksəldib, xeyirin, işığın təntənəsinə inanıb. Həyatda gördüyü neqativ hallar - rüşvətxorluq, yaltaqlıq, paxıllıq, vəzifədən sui-istifadə edənlər onun əsas tənqid hədəfləridir”.

   Şəxsiyyəti ilə sənəti vəhdət təşkil edən, düşünən düşündürən şairin 60 yaşı tamam olur. Şirinli-acılı, enişli-yoxuşlu, sevincli-kədərli, şərəfli mənalı bir ömür yaşayıb. Fəxr edirik ki, ömrünün kamillik çağlarını, gözəl anlarını söz-sənətlə qol-boyun yaşayan Həsən Xasiyev Azərbaycan vətəndaşı kimi var qüvvəsini, səy bacarığını, bütün şüurlu həyatını ədəbiyyatımızın zənginləşməsinə həsr edib.

   Şahdağı dağların şahı, soltanı adlandıran, onun əzəmətini, vüqarını dərindən duyan şairŞahlıqşeirində belə bir qənaətdədir:

  

   O şahlıq quşunu uçurub bir gün,

   Sanma ki, xan olar, şah olar adam.

   Sənət dünyasında Şah olmaq üçün,

   Gərək şah əsərlər yazam, yaradam.

  

   İnşallah, arzuna çatacaqsan, şair qardaşım! Sənə dağ səbri, dağ dözümü, dağ ömrü arzulayırıq. qədirbilən oxucuların diqqətinə yazdığınız bu misraları çatdırıram:

  

   Şahdağın qoynunda bir şair yaşar,

   İlhamı dağ çayı, çağlayar, coşar.

   Elinə, xalqına nəğmələr qoşar,

   Heç zaman unutma, qədrini bilin.

  

 

   Sərafət Dağıstanlı,

   Azərbaycan Yazıçılar

   Birliyinin üzvü, “Qızıl qələm

   mükafatı laureatı

 

   Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 15.