Kürdəmirdə Müstəqillik Gününə həsr olunmuş tədbir

 

   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə, respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da müxtəlif tədbirlər keçirilir. Rayon Qadınlar Cəmiyyətinin 18 Oktyabr - Müstəqillik Gününə həsr olunan toplantısında İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Mikayılov, YAP rayon təşkilatının sədri Ağəli Kərimli, ictimaiyyət nümayəndələri, gənclər iştirak edirdi.

   Cəmiyyətin sədri Elmira Süleymanova tədbiri açaraq müstəqillik tariximizdən danışdı. Rayon Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Məhinə Şirəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Seyidova, Uşaq İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Nəsibə Hidayərova müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətləri haqqında məruzələrlə çıxış etdilər. Çıxışlarda Azərbaycanın müstəqilliyinin xalqımızın tarixi sərvəti olduğu, onun qorunub saxlanılmasında hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşdüyü vurğulandı.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin

   baş biblioqrafı

 

   Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 15.