Mərdəkan kitabxanasının 65 yaşı qeyd olunub

 

   Oktyabrın 16-da Xəzər MKS-nin nəzdində fəaliyyət göstərən Mərdəkan Mərkəzi Kitabxanasının 65 illiyi qeyd olunub. Tədbiri kitabxananın müdiri O.Abdullayeva açaraq mədəniyyət ocağının tarixi haqqında məlumat verib. Xəzər Rayon Ağsaqqallar Şurasının sədri T.Səlimov, əməkdar artistlər N.Əhmədova, K.Rəhimli, qəzəlxan A.Buzovnalı çıxış ediblər, A.Məmmədovun ifa etdiyi musiqilər tədbirə rəng qatıb. Şairə Gülarə Munis öz şeirlərini tədbir iştirakçılarına ərməğan edib. Mərdəkan Mədəniyyət Sarayının rəqs qrupu öz gözəl çıxışları ilə tədbiri daha da rövnəqləndirib. Tədbirin sonunda təşkil olunmuş sərgiyə baxış keçirilib.

 

 

   Mədəniyyət.- 2012.- 19 oktyabr.- S. 4.