Müstəqillik
tarixi sərvətimizdir
Oktyabrın 17-də Azərbaycan
Turizm İnstitutunda (ATİ) Azərbaycanın dövlət
müstəqilliyinin bərpası günü münasibətilə
elmi-metodoloji seminar keçirilib. ATİ-nin rektoru, tarix elmləri
doktoru, professor Cəfər Cəfərov seminar
iştirakçılarını dövlət müstəqilliyimizin
bərpasının 21-ci ildönümü münasibətilə
təbrik edərək, 18 oktyabr 1991-ci il tarixinin taleyimizdəki
müstəsna rolunu faktlarla qiymətləndirib. Qeyd olunub ki,
ötən illərdə ölkəmiz böyük inkişaf
yolu keçərək neçə-neçə uğura imza
atıb. Azərbaycan Turizm İnstitutu da müstəqillik
dövründə yaranaraq ölkənin ali təhsil
ocaqları sırasına daxil olub.
Seminarda «Azərbaycanda turizm
sektorunun digər sahələrlə əlaqələrinin
modelləşdirilməsi» mövzusunda müzakirələr
aparılıb. ATİ-nin İqtisadiyyat kafedrasının
müdiri Mais Köçərli, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Əli Nuriyev,
professorlar Yadulla Həsənli, Rasim Həsənov investisiya xərclərinin
turizm sektoruna və müvafiq sahələrin
ayrı-ayrılıqda istehsal həcminə təsir mexanizmini
detallı şərh ediblər.
Sonda çıxış edən
rektor C.Cəfərov bu cür elmi-metodoloji seminarların
davamlı olaraq keçiriləcəyini bildirib.
Fəxriyyə
Mədəniyyət.- 2012.- 19
oktyabr.- S. 4.