Milli mətbəximiz Moldovada
təqdim olunub
Moldovanın paytaxtı Kişineudakı
“Qafqaz əsiri” restoranında “Azərbaycan
milli mətbəxi gecəsi” keçirilib.
Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
bərpa etməsinin
21-ci ildönümünə həsr olunmuş tədbirdə diplomatik korpusun nümayəndələri,
Moldovanın keçmiş
prezidenti Pyotr Luçinski, Moldova İnformasiya
və Təhlükəsizlik
Xidmətinin direktoru Valentin Dedyu, parlamentarlar, diasporumuzun təmsilçiləri iştirak
ediblər.
Azərbaycan xalçaları, mis qablar və
milli geyim nümunələri ilə
bəzədilmiş restoranın
qarşısında qonaqları
milli Azərbaycan geyimində oğlan və qızlar qarşılayıblar. Tədbir iştirakçılarını
Azərbaycanın Moldovadakı
səfiri Namiq Əliyev salamlayıb.
Qonaqlara Azərbaycan mətbəxindən
müxtəlif yeməklər
və şirniyyat təklif olunub. Restoranın həyətində sac lavaş,
qutab, kabab bişirilib. Paxlava, şəkərbura
masaların bəzəyi
olub.
Gecədə milli musiqimiz
səslənib, yerli müğənnilərin ifasında
Azərbaycan mahnıları
ifa edilib. Moldova Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı tərəfindən
təşkil olunmuş
rəqs qrupu da rəngarəng proqramla çıxış
edib.
Tədbirin iştirakçılarına Azərbaycan, onun mədəniyyəti haqqında
kitablar, jurnallar təqdim olunub.
Mədəniyyət.- 2012.-
24 oktyabr.- S. 9.