Ankarada maestro Niyazinin yubileyinə həsr edilmiş konsert

 

   Ankara Opera Balet Teatrında TÜRKSOY-un təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı dirijoru Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib.

   Konsertdən əvvəl çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin rəhbəri, Dövlət Opera Balet Teatrının baş direktoru Rengin Gökmen maestro Niyazinin dünya şöhrətli bəstəkar dirijor kimi yorulmaz fəaliyyətindən danışıb, onun yaradıcılığının bütün türk dünyasının mənəvi sərvəti olduğunu deyib. Niyazi 1973-cü ildə I İstanbul Musiqi Festivalında Əhməd Adnan SayqununKoroğluoperasının premyerasını, sonrakı illər Ankara İstanbul opera balet teatrlarının səhnələrində müxtəlif operalar Yunus Əmrə oratoriyası”nı ifa edən orkestrləri idarə edib.

   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov TÜRKSOY-un baş katibi Düsen Kaseinov maestronun Azərbaycan dünya musiqi xəzinəsinə verdiyi qiymətli töhfələrdən söz açıblar.

   Sonra Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ankara Dövlət Simfonik Orkestri solistlər maestro NiyazininRastsimfonik muğamı Arzuromansını, C.PuççinininToskaoperasından Cavaradossinin ariyasını, C.Verdinin “Aida” operasından Aidanın ariyasını, P.İ.ÇaykovskininSkripka üçün konsert”ini ifa ediblər.

 

 

   Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 4.