Vokalçıların
Müslüm Maqomayev
adına beynəlxalq müsabiqəsi
Oktyabrın 20-21-də Moskvada vokalçıların Müslüm Maqomayev adına II beynəlxalq müsabiqəsi keçirilib. Rusiyanın ən iri konsert zallarından olan “Krokus Siti Holl”da gerçəkləşən müsabiqə böyük müğənninin anadan olmasının 70 illiyinə həsr edilib.
SSRİ Xalq artisti Tamara Sinyavskayanın sədrlik etdiyi münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliya və Latviyadan aparıcı opera solistləri, görkəmli incəsənət xadimləri və musiqiçilər təmsil olunublar. Onların arasında SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli də olub.
Müsabiqədə
Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Monqolustan, Şimali Koreya, Ukrayna və Belarus
nümayəndələri iştirak ediblər.
Onlar dahi müğənninin repertuarından
mahnılar, opera və
estrada əsərləri
ifa ediblər.
Müsabiqənin seçim mərhələsində
200-dən çox ifaçı
iştirak edib. 17 vokalçının qatıldığı yarımfinal
mərhələsində finala
10 nəfər vəsiqə
qazanıb. Müsabiqədə ölkəmizi təmsil edən Xəyyam Mustafayev finala çıxa bilməyib.
Müsabiqənin Qran-pri mükafatına
Özbəkistan nümayəndəsi,
bas-bariton Jenisbek Piyazov layiq görülüb.
Birinci mükafatın laureatı
Rusiyalı Sergey Plyusnin
olub.
Konsertin yekun hissəsində
xüsusi dəvət
edilmiş qonaq, tanınmış Azərbaycan
bəstəkarı və
müğənnisi Emin
Ağalarov “My Way” mahnısını
ifa edib.
Təntənəli mükafatlandırma mərasimindən sonra münsiflər heyətinin
sədri Tamara Sinyavskaya
vokalçıların müsabiqəsinin
təşkilinə və
keçirilməsində köməy
olan və müsabiqədə iştirak
edən hər kəsə minnətdarlığını
bildirib, onlara yaradıcılıq uğurları
arzulayıb.
Mədəniyyət.- 2012.-
24 oktyabr.- S. 3.