Azərbaycanda animasiya necə
inkişaf edir?
Oktyabrın 28-i dünyada Beynəlxalq Animasiya Günü (International Animation Day) kimi qeyd edilir.
2002-ci ildə Beynəlxalq
Animasiya Kinosu Assosiasiyası tərəfindən
təsis olunan bu günün 120 illik tarixi var. 1892-ci ilin 28 oktyabrında fransalı rəssam Emil
Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Bununla da Fransadan başlayan
canlı lent əfsanəsi
bütün dünyaya
səs salıb.
Bu gün Hollivud kinosunun dünyaya meydan oxuduğu bir dövrdə animasiya sənətinin də inkişafı göz qabağındadır. Kinoteatrlarda,
televiziya kanallarında
nümayiş olunan filmlər, mağazalardakı
animasiya filmi diskləri bu inkişafdan xəbər verir. “Tom və Cerri”, “Şrek”, “Buz dövrü”, “Madaqaskar”, “Nemonun axtarışında” və
s. adları çoxlarına
bəlli olan animasiya filmləri də Hollivudun bizə töhfəsidir. Animasiya sənəti bu gün elə
bir dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər
də həvəslə
baxırlar. Böyük
şirkətlər sərmayə
qoyur, prodüserlər
təkliflə çıxış
edir və nəhayət maraqlı kinematoqrafiya məhsulu hasil olunur. Baxmayaraq
ki, Hollivud maraqlı animasiya məhsulu ilə bizi tez-tez sevindirir,
lakin milli cizgi filmlərimizin yaddaşımızda öz
yeri var. Vaxtilə “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Meşəyə insan gəlir”, “Cırtdanın yeni sərgüzəşti”, “Uçan
zürafə”, “Sehrli küp” və s. cizgi filmlərimiz böyük maraqla baxılırdı. Amma
son illər belə filmlərimiz az-az ekrana çıxır.
“Azərbaycanda
bu gün animasiya sənəti necə inkişaf edir, hansı yeni ekran əsərləri
çəkilir” - bu suala respublikamızda cizgi filmləri istehsal edən “Azanfilm” studiyasının direktoru Fariz Əhmədov cavab verdi: “Bu gün studiyanın ən böyük problemi kadr çatışmazlığıdır.
Adları hər kəsə bəlli olan, barmaqla sayılası mütəxəssisləri
çıxmaqla Azərbaycanda
animator yoxdur. Ona görə də əsas problemi aradan qaldırmaq üçün həm burada kursların açılması nəzərdə
tutulub, həm də xarici ölkələrə təhsil
üçün kadrların
göndərilməsi. Bu layihəni
Mədəniyyət və
Turizm Nazirliyi də dəstəkləyir.
Filmlərə gəldikdə,
ilk tələb olunan məsələ keyfiyyətdir.
Keyfiyyəti saxlamaqla kəmiyyəti artırmaq
da vacib məqamdır. Uşaqları
cəlb edə biləcək cizgi və animasiya filmlərinin istehsalına
üstünlük verəcəyik.
Artıq gələn ilin planı hazırlanır”.
Fariz Əhmədov bildirdi ki, bu günlərdə
“Balaca ev” adlı animasiya filmi təhvil verilib. 10 dəqiqəlik cizgi filminin ssenari müəllifi Lalə Rüstəmova, quruluşçu rejissoru
Aleksandra Şirinova, quruluşçu
rəssamı Elçin
Hami Axundovdur.
Azərbaycanda
1969-cu ildən bu günə qədər
92, son 10 ildə isə
təxminən 20-yə yaxın
cizgi və animasiya filmi istehsal edilib. Filmlərin nümayişinə
gəlincə, F.Əhmədov
bildirdi ki, kinoteatra ən azı 1 saatlıq film verilməlidir. Bizim filmlərin böyük əksəriyyəti 10 dəqiqəlikdir.
Səbəb isə animasiyanın böyük
vaxt və zəhmət tələb etməsidir. Ona görə də tammetrajlı animasiya filminin istehsalı nəzərdə tutulub və onun prokatı
təşkil olunacaq:
“Kinoteatrlarda animasiya filmlərinə böyük
maraq var. Biz də öz filmlərimizlə bazarı əlimizə ala
bilərik”.
F.Əhmədovun sözlərinə görə, gələcəkdə bu günə qədər istehsal olunan cizgi və animasiya məhsullarımızın disk şəklində satışını təşkil etmək layihəsi də var. Hazırda bu istiqamətdə iş gedir.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 11.