“Odlar Yurdu Afrika
torpağında”
Oktyabrın 27-də
Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində Azərbaycan ilə
bu ölkə arasında diplomatik
əlaqələrin yaradılmasının 20-ci
ildönümünə və dahi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş “Odlar Yurdu Afrika
torpağında” adlı konsert keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyinin və “Azərbaycanın dostları” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Pretoriya Universitetində keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbələri, ziyalılar, Azərbaycan və türk icmalarının nümayəndələri, diplomatlar iştirak ediblər. “Azərbaycanın dostları” təşkilatının rəhbəri Cəmil Məmmədəlizadə çıxışında bildirib ki, konsertin məqsədi ölkəmizin mədəniyyətinin Cənubi Afrika Respublikasının ictimaiyyətinə çatdırılmasıdır. O, CAR-da Azərbaycanın dostlarının sayının gündən-günə artdığını vurğulayıb.
Tədbirdə “Koroğlu” operasından, “Məhəbbət əfsanəsi”, “Yeddi gözəl”, “Esmiralda”, “Korsar” baletlərindən hissələr, eləcə də caz kompozisiyaları nümayiş etdirilib. Yerli Zulu və Tsvana qəbilələrinin milli rəqsləri, “SCA” və “İmperial” balet məktəblərinin tələbələrinin və səfirliyin əməkdaşlarının uşaqlarının çıxışları maraqla qarşılanıb.
Tədbir
çərçivəsində ziyafət verilib,
konsert zalının foyesində Azərbaycana
həsr olunmuş sərgi təşkil edilib.
Mədəniyyət.-
2012.- 31 oktyabr.- S. 10.