Böyük ədibin yubileyinə həsr olunmuş tədbirlər

 

   Qax Rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxanasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

  

   Dahi mütəfəkkirin yubileyi ilə əlaqədar kitabxanada kitab sərgisi açılıb, ədibin həyat və yaradıcılığından, seçilmiş əsərlərindən biblioqrafik məlumat və icmallar hazırlanıb.

   Görkəmli dramaturqun 200 illiyi münasibətilə bu günlərdə kitabxanada “Mirzə Fətəli Axundzadə və XIX əsrdə qadın məsələsi” mövzusunda konfrans təşkil olunub. Konfransda ədibin zəngin yaradıcılıq yolundan söz açılıb. Çıxışlarda vurğulanıb ki, Axundzadənin əsərləri gender məsələlərinin öyrənilməsi və tədqiqi baxımından da çox qiymətli mənbədir.

   Sentyabr ayı ərzində kitabxanada dahi mütəfəkkirin yaradıcılığına həsr olunmuş kitab müzakirəsi, dəyirmi masa və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

 

 

   Mədəniyət.- 2012.- 5 sentyabr.- S. 11.