Yusif
Vəzir Çəmənzəminliyə həsr edilmiş sərgi
Sentyabrın 5-də Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin 125 illik yubileyinə həsr edilmiş sərgi açılıb.
“Azərbaycan ədəbiyyatını
türk aləminə tanıdan
yazıçı” adı altında reallaşan
sərgidə Çəmənzəminlinin əsərləri,
şəkilləri, onun haqqında
yazılmış elmi - publisistik
materiallar nümayiş
olunub. Həmçinin kitabxananın
oxucularına yazıçının həyat və
yaradıcılığı haqqında geniş
məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət.-
2012.- 7 sentyabr.- S. 13.