Özbəkistan kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

 

   Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkənin Elmlər Akademiyasının kitabxanasına müxtəlif kitabjurnallar hədiyyə edib.

   “Görkəmli adamların həyatı” seriyasından ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab (müəlliflər Viktor AndriyanovHüseynbala Mirələmov), Azərbaycan Prezidenti İlham Əliyevin daxilixarici fəaliyyəti ilə əlaqədar nəşrlər, “Qarabağ reallıqları” seriyasından müxtəlif kitablar, ingilis dilində çap olunan “Azərbaycan: 100 sual, 100 cavabtoplusu da kitabxanaya verilən nəşrlər arasındadır.

   Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinGorus -1010, absurd teatr mövsümü” kitabı, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif nəşrlər, Naxçıvan, Quba, Şirvan, Təbriz qrupuna aid “Azərbaycan xalçaları” kitabları, “İRS-Nasledie” jurnalının müxtəlif nömrələri və bir sıra digər nəşrlər də kitabxanaya verilib.

   Kitabxananın direktoru Zuxra Berdiyeva hədiyyə olunan nəşrlərə görə minnətdarlıq edib.

 

 

   Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 5.