Yevlaxda Axundzadənin yubileyi
ilə bağlı oxucu konfransı
Yevlax Şəhər Mərkəzi Kitabxanasında böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı “Azadlıq carçısı” adlı oxucu konfransı keçirilib.
Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemindən bildiriblər ki, “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi
haqqında” ölkə başçısının 2010-cu il 13 aprel tarixli
sərəncamına uyğun olaraq keçirilən tədbirdə böyük mütəfəkkirin həyat və
yaradıcılığı haqqında məlumat verilib. MKS-nin
filiallarında “Azərbaycan dramaturgiyasının banisi”, “M.F.Axundzadə böyük
dramaturq və filosof”,
“Milli maarifçiliyimizin
banisi Axundzadə” və sair
adlı kitab sərgiləri və biblioqrafik icmallar təşkil
olunub.
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 11.