Məqsəd
mütaliəyə marağı artırmaqdır
Qusarda kitabxanaların fəaliyyətinin
müasir tələblər əsasında qurulması istiqamətində
mühüm işlər görülür. Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemindən verilən məlumata görə, oxucu
axınını təmin etmək, mütaliə marağını
və mədəniyyətini inkişaf etdirmək məqsədilə
kitabxanada silsilə tədbirlər həyata keçirilir.
Bu sırada Məhsəti Gəncəvinin
900, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140 illik
yubileyləri ilə əlaqədar sərgilər, Xalq
şairi Mirvarid Dilbazinin 100 illiyi münasibətilə
yaradıcılıq gecəsi, dahi Nizami Gəncəvinin
yaradıcılığına işıq salan dəyirmi masa
və şairin əsərlərindən ibarət sərgini
qeyd etmək olar.
Nəriman Nərimanov adına
parkda keçirilən kitab bayramında kitab sərgisi,
şeir və bədii qiraət müsabiqəsi də rayon
sakinləri tərəfindən rəğbətlə
qarşılanıb. Mirzə Fətəli Axundzadənin 200
illik yubileyi ilə bağlı məktəblilərin “Hacı
Qara” komediyası əsasında hazırladıqları səhnəciklər
böyük maraq doğurub.
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 11.