Respublika Uşaq
Kitabxanasının beynəlxalq əlaqələri genişlənir
F.Köçərli adına Respublika Uşaq
Kitabxanası ölkəmizi Beynəlxalq Uşaq Kitabları
Şurasının (İnternational Board on Books for Young People -
İBBY) Londonda keçirilmiş 33-cü konqresində təmsil
edib.
76 dövlətdən 500-dən
çox nümayəndənin qatıldığı tədbirdə
Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə
direktor müavini Zahirə Dadaşova və incəsənət
şöbəsinin müdiri İlahə Quliyeva iştirak
ediblər.
Konqres çərçivəsində
təşkil edilmiş sərgidə ingilis dilində Azərbaycan
uşaq yazarlarının kitabları, kitabxananın təsis
etdiyi “Göy qurşağı” jurnalının son nömrələri
Azərbaycan bayrağı altında nümayiş olunub.
İki ildən bir keçirilən
konqresin budəfəki mövzusu miqrasiya ilə bağlı
olduğundan, buna uyğun olaraq yazıçı Qəşəm
İsabəylinin “Sabahın xeyir, baba!” uşaq hekayəsi
konqresin xüsusi buraxılmış kitabında (“Biz
hamımız eyni böyük torpaqdanıq”) dərc olunub.
Zahirə Dadaşovanın “Bizim İBBY-də ilk
addımlarımız” məqaləsi isə “Bookbird”
jurnalının sentyabr nömrəsində çap olunacaq.
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının nümayəndələri
həmçinin “H.X.Anderson qızıl medalı” qaliblərinin
təqdimat mərasimində də iştirak ediblər.
Mədəniyyət.-
2012.- 12 sentyabr.- S. 6.