Böyük istedad, gözəl insan: Bəhram Nəsibov

 

   Musiqi tariximizdə sayılıb-seçilən, sənəti hələ sağlığında layiqli qiymətini alan insanlarla yanaşı, yaradıcılıq yollarında haqsızlıqla qarşılaşan, həyatda öz yerini tuta bilməyən istedadlı simalar da olub. Belə sənət fədailərindən biri Bəhram Nəsibovdur. Sənətkarın yaradıcılığına xəbislikdənmi, paxıllıqdanmı daima eyhamla, kinayə ilə yanaşılıb. Həvəskar bəstəkar deyib, adını dilə gətirməyiblər...

  

   Bəhram Paşa oğlu Nəsibov 1941-ci ildə Füzuli rayonunun Rəfədinli kəndində musiqiçi ailəsində doğulub. Atası xanəndə, əmisi Bayram tarzən olub. Lakin Bəhramın 8 yaşı olanda əmisi, 12 yaşı olanda isə atası dünyasını dəyişir. O, erkən yaşlarından incəsənətə, xüsusilə musiqiyə dərin maraq göstərir. Orta təhsilini başa çatdırdıqdan sonra bu həvəs onu Bakıya gətirir. 1962-ci ildə indiki Mədəniyyət İncəsənət Universitetinə qəbul olunur. Son kursa qədər müvəffəqiyyətlə oxuyur. Lakin kiçik bir münaqişəyə görə ali məktəbdən uzaqlaşdırılır. Yalnız 15 il sonra ali təhsil ocağının diplomunu alır. Bu zaman o artıq təcrübəli musiqiçi, Bakı Orkestrlər Birliyinin solisti idi. Öz təşəbbüsü iləŞahnazansamblını yaradır. Ansambl xeyli vaxt fəaliyyət göstərir.

   Bəhram Nəsibov 200-dən çox mahnı bəstələyib. Bu mahnılar televiziyada, radio dalğalarında yayımlanaraq respublikanın ən ucqar yaşayış məntəqələrində sevilir dillər əzbəri olur. OnunVar gülüşündən”, “Qarabağ”, “Səni qəmli görəndə”, “Ay dəli ceyran”, “Sənə qurban”, “Eşqimin baharı”, “Güldən incəsən”, “Könül qızım”, “Deyin, hardadır”, “İllər”, “Analar”, “Xatırla məni”, “Sanki xəyalmış”, “Bəxtəvər gəlin”, “Nədir xəyalın”, “Qadan mən allam s. mahnıları, həqiqətən , sənət əsəridir. Bu, doğrudan da, belə olmasaydı, respublikanın xalq artistləri istedadlı muğam xanəndələri İslam Rzayev, Arif Babayev, Süleyman Abdullayev, Tükəzban İsmayılova, Tamella Məmmədzadə, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə başqaları həmin əsərləri böyük həvəslə oxumazdılar...

   Təəssüflə qeyd edək ki, onun incə ruhlu mahnıları uzun müddət efirlərdə xalq mahnısı kimi təqdim olunub. Neçə-neçə könüllər fəth edən Bəhram Nəsibov bir bəstəkar şair kimi tanınmayıb.

   O həm gözəl ailə başçısı idi. Dörd övlad böyüdüb tərbiyə edib. 1993-cü ilin sentyabrında o, ağır xəstələnir. Qarabağın, doğma Füzulinin işğalından sonra həssas qəlbi sarsıntılar keçirirdi. Qan təzyiqindən əziyyət çəkirdi. Çox çəkmir, beyninə qan sızır. Coşqun yaradıcılıq ömrü beləcə başa çatır. O, uzun sürən xəstəlikdən sonra 56 yaşında ikən dünyasını dəyişir.

   Bəhram Nəsibov xatirələrində yazır: “1980-ci ilin əvvəlləri idi. Görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovla toy məclisi aparırdıq. Bir nəfərHumayunmuğamı oxumağı sifariş etdi. Qədir çox oxumuşdu. Yorğun idi. Bu sifariş vaxtsız verilmişdi. Buna görə çətin ağır dəstgahı oxumaqdan imtina etdi. Məclisdə narahatçılıq yaranmağa başladı. Onu yaxından tanıyanlara məlum idi ki, Qədir əsəbiləşərsə, məclisi tərk edə bilər. Yaranmış gərginliyi narahatçılığı aradan qaldırmaq lazım idi. Ona görə heç kimi gözləmədən gitaranı götürdüm. Humayunmuğamını çalmağa başladım. Məclisdə dərhal səs-küy kəsildi. Hər tərəfə dərin sükut çökdü. Bu dərin sükutu Qədir özü pozdu. Humayun”u oxumağa başladı. Dəstgah başa çatdıqdan sonra sürəkli alqışlar qopdu. O, məclisə belə bir müraciət etdi: “Ay camaat, bu alqışlar mənim yox, Bəhram Nəsibovundur. İnanın, əgər dünyanın yarısını da mənə versəydilər, bu günHumayunoxuya bilməzdim. Məni tilsimdən çıxaran Bəhram Nəsibovun ifa etdiyi qəmli, qüssəli təranəsi oldu”.

   Yenə Bəhram Nəsibovun xatirələrinə qayıdaq: “Xalq artisti Həbib Bayramova söz vermişdim ki, Tükəzban xanım üçün bir mahnı yazacağam. Ancaq heç cür alınmırdı. O da hər dəfə məni görəndə soruşurdu: Bəhram, mahnını yazmısan? Mən hər dəfə bir bəhanə gətirirdim. Bir dəfə soruşanda yalandan dedim ki, bəs yazmışam. Sözümdən tutdu dedi: Gedək bizə. Əyləşdik maşına, elə maşında beynimə bir bəndlik şeir gəldi:

  

   Siz, ey ilk eşqimin şahidi dağlar.

   Ətirli baxçalar, çiçəkli bağlar!

   Deyin, hardadır o üzü dönmüş?

   Sevən ürəyim onu soraqlar.

  

   O daha sonra yazır: “Ümumiyyətlə, mahnılarımın qəribə yazılma tarixi var. Şimşəyin çaxması kimi olur. Bir gördün, gəldi nitqimə yazdım. Elə mahnılarım da olub ki, yuxuda hazır görmüşəm. Yuxudan qalxıb kağıza köçürmüşəm...”

   Bu gün bu mahnılar dillər əzbəridir onlar hər dəfə ifa olunduqca müəllifinin ruhu şad olur.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 14 sentyabr.- S. 15.