Turizm İnstitutunda yeni dərs ili başlandı

 

  Əbülfəs Qarayev: “Çox sevindirici haldır ki, bu ali təhsil ocağının uğurları ildən-ilə artır

  

   Sentyabrın 17-də Azərbaycan Turizm İnstitutunda (ATİ) yeni tədris ilinin başlanması münasibətilə «Bilik günü» qeyd edildi. Mərasimdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.

  

   Azərbaycanın dövlət himni səsləndikdən sonra ATİ-nin rektoru Cəfər Cəfərov çıxış edərək bildirdi ki, bu il instituta bakalavr pilləsi üçün 10 ixtisas üzrə 386 nəfər qəbul olunub plan yerləri tam dolub: “Qəbul olmuş tələbələrin 248-i dövlət sifarişi əsasında, 133-ü isə ödənişli əsaslarla təhsil alacaq. Azərbaycan sektoruna 326, rus sektoruna isə 55 tələbə qəbul olunub. Tələbələrdən 28 nəfəri məcburi köçkündür. Qəbul olanların yarıdan çoxunun balı 400-dən yuxarıdır. İki tələbə 600-dən çox bal toplayıb, balı 250-dən az olan tələbələrin sayı isə cəmi 5 nəfərdir”.

   Cəfər Cəfərov həmçinin 2012/2013-cü tədris ilində ATİ- mövcud təhsil pillələrinin hamısı üzrə qəbul prosesinin davam etdiyini bildirdi. Onun sözlərinə görə, ilkin peşə təhsili üzrə ATİ nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində təsdiq edilmiş plana əsasən 11 ixtisas üzrə 400 plan yerinə 448 nəfər sənəd təqdim edib: “Magistratura pilləsində 69 plan yeri üzrə qeydiyyat davam etdirilir, doktorantura üzrə qəbulun isə bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Hazırda ATİ-nin 2 korpusunda 1500-dən çox bakalavr tələbə təhsil alır. Ümumillikdə isə ATİ- təhsilin bütün səviyyələrində turizm sahəsi üzrə 2000-dən çox kadr hazırlanır”.

  

   Bolonya prosesinin tələblərinə tam cavab verən təhsil sistemi qurulub

  

   Mədəniyyət turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək, gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik etdi. Nazir bildirdi ki, ildən-ilə Azərbaycanın iqtisadiyyatı ilə bərabər turizm sənayesi inkişaf edir. Bu inkişafda xüsusi önəm kəsb edən istiqamətlərdən biri kadr hazırlığıdır: “Bu kadrları yüksək səviyyədə hazırlayan turizm sektoruna təhvil verən təhsil ocağı dövlət başçımızın təşəbbüsü ilə yaradılan Azərbaycan Turizm İnstitutudur. Çox sevindirici haldır ki, bu ali təhsil ocağının uğurları ildən-ilə artır bu da bizə fəxr etməyə əsas verir. Əsas nəticə ondan ibarətdir ki, bu gün ATİ-nin məzunları uğrunda, sözün yaxşı mənasında, rəqabət gedir. Ölkəmizdə fəaliyyət göstərən elə bir aparıcı turizm müəssisəsi yoxdur ki, orada ATİ-nin tələbələri təcrübə keçməsin yaxud da məzunlarımız çalışmasın. Bu faktın özü Turizm İnstitutunun məzunlarının yüksək hazırlıq səviyyəsindən, onların öz ixtisaslarını dərindən öyrənmələrindən xəbər verir”.

   Əbülfəs Qarayev bildirdi ki, bu yaxınlarda ölkə prezidentinin iştirakı ilə Bakıda daha bir dünya brendli mehmanxana - “Four Seasons Hotel Baku” istifadəyə verilib: “Hotelin xarici görünüşü rahatlığı ilə bərabər, diqqəti çəkən məqamlardan biri burada çalışan gənclərimizdir. Bu çox önəmli hadisədir ki, dünyanın aparıcı şirkətləri Bakıda öz müəssisələrini açırlar, orada çalışmağa isə Azərbaycanın gənc mütəxəssislərini dəvət edirlər. Bu gənclər xalqımızın qədim zəngin qonaqpərvərlik ənənələrini turistlərə lazımi səviyyədə təqdim edirlər”.

   Nazir daha sonra tələbələrə xitabən dedi: “Əziz tələbələr, mən sizi bir daha bu ali təhsil ocağına daxil olunmağınız münasibətilə təbrik edirəm. Mən rəqəmləri təhlil edərkən belə bir nəticə ilə qarşılaşdım ki, ATİ- qəbul olunanların içərisində 300-dən aşağı bal toplayan çox azdır. Elə tələbələr var ki, 500-600 baldan da yuxarı nəticə göstəriblər. Sevindirici haldır ki, belə yüksək bilik səviyyəsi olan gənclər öz gələcəyi kimi məhz turizm sənayesini seçir. 7 il əvvəl Turizm İnstitutu təzə açılanda bir ildə Azərbaycana 1 milyondan az turist gəlmişdi. İndi bu rəqəm 2 milyon yarımdan da çoxdur. Sözsüz ki, bu insanların qarşısına yüksək səviyyəli xidmət, üzügülər personal çıxmalıdır. Hesab edirəm ki, ATİ-nin daxilində gedən tədris prosesi bu gün Azərbaycanın təhsil sistemində nümunəvi bir prosesdir. Burada Bolonya prosesinin tələblərinə tam cavab verən təhsil sistemi qurulub. İnstitutda beynəlxalq proqramlar tətbiq olunur. Ən yaxşı tələbələr nəinki Azərbaycanın, eyni zamanda Avstriyanın aparıcı təhsil ocağının diplomunu alır. Tələbələr 10-dan artıq xarici ölkədə təcrübə keçirlər sevindirici haldır ki, mübadilə proqramı çərçivəsində bizim institutda da müxtəlif xarici ölkələrdən tələbələr, aspirantlar, doktorantlar təcrübə keçməyə gəlirlər”.

  

   Bakı Turizm Peşə Məktəbi sahənin inkişafına yeni təkan verəcək

  

   Nazir ATİ-nin nəzdində yaradılan Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinə toxundu, bu tədris ocağında oxuyacaq gənclərə uğurlar arzuladı: “Düşünürəm ki, bu il fəaliyyətə başlayan məktəb turizm sənayesinin inkişafına yeni təkan verəcək. Çünki əgər siz menecment, marketinq, regionşünaslıq üzrə Azərbaycan turizminin aparıcı qüvvələri sırasına daxil olmaq niyyətindəsinizsə, sizin arxanızca gələn böyük bir peşə təhsilli qüvvə olmalıdır. Sizi Azərbaycan turizminin inkişafı ilə bağlı böyük layihələr gözləyir. Bu ildən etibarən Şahdağda qışda yayda fəaliyyət göstərəcək istirahət zonası açılacaq. Orada yeni turizm xidmətləri üçün öz bilik bacarıqlarınızı tətbiq etməlisiniz. Siz böyük bir ailəyə daxil olmaq üçün açar əldə etmisiniz. O qapını açıb daxil olmaq isə özünüzdən asılıdır. qədər müəllimlərinizin biliyindən yararlansanız, müasir texnologiyaların imkanlarından istifadə edə bilsəniz, bir o qədər bu qapılar sizin üzünüzə geniş açılacaq. Qarşınızda heç hamar olmayan geniş bir yol var. Bu yolun öz çətinlikləri, öz problemləri olacaq. Mən arzu edirəm ki, bu gün bu ali təhsil ocağına daxil olan hər gənc düşünsün ki, o, Azərbaycanın qeyri-neft sektorunun aparıcı iqtisadi inkişaf sahəsinə töhfə vermək üçün bu qapıları açır. Siz Azərbaycan xalqının rifahını uzun illər təmin edəcək bir qüvvə kimi yetişməlisiniz. Mən sizə bu yolda uğurlar diləyirəm”.

   Sonra Əbülfəs Qarayev yüksək balla ATİ- qəbul olunmuş gənclərə tələbə biletlərini təqdim etdi.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 9.