Serbiyada Üzeyir Hacıbəylinin
xatirəsi anılıb
Azərbaycanın Serbiyadakı səfirliyinin
əməkdaşları, Belqrad şəhərində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin
nümayəndələri, bu ölkədə yaşayan və
təhsil alan soydaşlarımız dahi bəstəkar
Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci
ildönümü ilə əlaqədar Novi Sad şəhərində
Üzeyir Hacıbəyli Memorialını ziyarət ediblər.
Memorial Prezident İlham Əliyevin
təşəbbüsü və dövlətimizin maliyyə
dəstəyi ilə Dunay çayı üzərindəki
“Sahilyanı park”da yaradılıb. Novi Sad şəhər
meriyasının və ictimaiyyətin nümayəndələrinin
də iştirak etdikləri tədbirin
iştirakçıları dahi bəstəkarın
büstü önünə gül-çiçək dəstələri
qoyub, onun həyat və yaradıcılığından
söhbət açıblar.
Mədəniyyət.-
2012.- 19 sentyabr.- S. 3.