Sözün
ustadı - Usta Abdulla
Haqq aşığı
XIX əsrin ikinci
yarısının və XX əsrin əvvəllərinin sənətkarı
olan Usta Abdulla aşıq ədəbiyyatında həm də
Zodlu Abdulla adı ilə tanınır.
Vəfası olmaz
yalanın,
Ağlı olmaz
çox gülənin.
Abdullayam, dərd
bilənin
Yüz il keçsə quluyam mən.
Göyçə ədəbi mühitinin yetirməsi olan
Usta Abdulla 1865-ci ildə
bu mahalın Zod kəndində
- söz-sənət xiridarı xarrat Rəhimin
ailəsində dünyaya gəlib. Rəhimin
evi aşıqların görüş
yeri, yarış yeri olduğundan Abdulla bu mühitdə böyüyüb
boya-başa çatıb. Atasından
xarratlığın sirlərini öyrənib dülgər olsa da, heç
bir məktəb üzü
görməyən Abdulla həm də sözün, şeirin
ustası kimi məşhurlaşaraq kamil sənətkar səviyyəsinə
ucalıb.
Yatmış idim,
bəxtim məni oyatdı,
Qəzanın qədəri kəmərin
atdı,
Mahalım Göyçədi, sakinim Zoddu,
Sənətkar Abdulla
deyilən mənən.
Usta Abdulla xalq
poeziyasının gəraylı, qoşma,
müxəmməs, təcnis və başqa
formalarında 600-ə qədər şeir
yazmışdır. Onun
yaradıcılığında təbiət, vətən mövzusu ilə yanaşı, aşiqanə
şeirlər də geniş yer tutur:
Ala gözlü, nazlı dilbər,
Dedi: dur get, gəlirəm mən.
Dedim: ay qız dərdim çoxdu,
Dedi: dərman bilirəm mən.
Müasirlərinin sözlərinə görə, Aşıq Ələsgər Abdullanın
təcnislərini dinləyərkən
heyranlığını bildirmiş,
onu təcnis ustası kimi yüksək dəyərləndirmişdir.
Ona görə də Abdulla Göyçə
mahalında Ələsgərdən
sonra təcnis ustalarından biri kimi şöhrət tapmışdır:
A beymürvət, məni candan eylədin,
Göründü gözümə a yağı zülfün.
Baş dayanar, qəhri çoxdur dünyada,
Toxunsa yandırar ayağı zülfün.
Bir çox sənətkarlar kimi Usta Abdullanın
həyatı da asan olmamışdır.
O, 1918-ci il hadisələri zamanı ağır həyat yaşamış, yerindən-yurdundan
didərgin düşmüşdür.
Yurd itkisi, ağır həyat şəraiti onun yaradıcılığına təsirsiz
qalmamışdır:
Dağıldı mahalım,
pozuldu elim,
Tükəndi dövlətim,
gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.
O, 1918-ci ildə Gəncəyə köçmüş, ömrünün
axırına kimi orada yaşamışdır.
Sənətkar 78 il ömür sürmüş, 1943-cü ildə
vəfat etmişdir. Onun yaradıcılığı illərin
sınağından çıxa-çıxa
günümüzəcən gəlib çatmışdır.
Sənətkarın var hörməti,
Çəkməz kimsədən minnəti.
Kimin olsa səxavəti
Mövlam ona yar deməkdir.
Onun şeirlərində ustad nəfəsi, ustad ruhu büllur saflığı ilə sezilir. Xalq dilinin incəlikləri,
heyrətamiz gözəllikləri
aydınlığı ilə
duyulur.
Ay ağalar, ay qazılar,
Mən bu dərdə dözüm, neynim?!
Düşdüm qəmin dəryasına,
Qəvvas olum, üzüm, neynim?!
Folklorşünas Qara Namazov onun yaradıcılığı
barədə belə yazır: «Zodlu Abdullanın gözəlləmələrində
nəsihətamiz fikirlər
çoxdur. Daha doğrusu, bu
şeirlər öz səviyyəsi etibarilə
ustadnamə olmasa da, ümumi məzmunda, ayrı-ayrı
beyt və bəndlərdə gözəlliyi
səciyyələndirən müsbət əlamətlər,
mənəvi keyfiyyətlər,
əxlaqi sifətlər
öz bədii ifadəsini tapmışdır».
Usta Abdullanın yaradıcılığında
didaktik-əxlaqi dəyərlər
xalq mənəviyyatına
söykənir. Bu dəyərlər onun haqqında, yaşadığı
mühit barədə
geniş təsəvvür
yaradır. İlk növbədə
sənətkarın şəxsiyyəti,
kimliyi, hansı əxlaqın sahibi olması haqqında bilgi verir. Göyçə elatının həmin
dövrdəki məişəti,
adət-ənənəsi, insanlara
münasibəti, qayğıları,
qonaqpərvərlik, dostluq
ənənələrinin davamlılığını
ifadə edir. Digər istiqamətdə bütövlükdə
xalqımızın torpaq,
yurd, vətən sevgisini, həyata, dünyaya münasibətini,
əxlaqını, davranışını
aydınlaşdırır. Atalar sözü, məsəl, dastan, rəvayət, əhvalat, bayatı düşüncəsindən, xalqın
varlığından, məişətindən
süzülüb gələn
dəyərləri səciyyələndirir
və Göyçə
mühitində hansı
ideallarla yaşanması
təəssüratını yaradır. Bu mənada Zodlu Abdullanın yaradıcılığı
xüsusi önəm daşıyır.
Vaxtın axarında “Haqq aşığı” silsiləsindən
daha bir ustadın - Usta Abdullanın zamanına yollandıq, yaradıcılığına,
könül dünyasına
nəzər saldıq,
söz qalasının
kərpic ustalarından
birini də xatırladıq.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 21
sentyabr.- S. 15.