Mehmanxana investisiya konfransı başa çatdı
«JW Marriott Absheron Baku» hotelində Qonaqpərvərlik
üzrə Beynəlxalq
Konsaltinq Təşkilatının
(HVS) təşkilatçılığı
ilə keçirilən
MDB ölkələri və
Gürcüstan üzrə
birinci mehmanxana investisiya konfransı
(İCON-2012) sentyabrın 19-da başa çatdı.
Tədbirin ikinci günündə «Paytaxt şəhərlərdən
kənar yerlərin imkanları», «Bankirlər
- açıq söhbət»,
«Hotel avtomatlaşmasının hüquqi aspektləri», «Baş menecerlərlə söhbət» mövzularında
plenar iclaslar oldu, mütəxəssislər
tərəfindən müzakirələr
aparıldı. Azərbaycan
Turizm Assosiasiyasının
(AZTA) dəstəyi ilə
keçirilən tədbirin
məqsədi regionda qonaqpərvərlik sektoru və investisiya mühitinin inkişafına
nail olmaqdır.
Tədbirlə
bağlı fikirlərini
qəzetimizlə bölüşən
AZTA sədrinin müşaviri
Müzəffər Ağakərimov
bildirdi ki, postsovet məkanı üzrə belə bir konfransın ilk dəfə Bakıda keçirilməsi bizim üçün çox önəmlidir: «Qonaqpərvərlik
üzrə Beynəlxalq
Konsaltinq Təşkilatı
1980-ci ildən fəaliyyət
göstərir. Son illər qurum MDB ölkələrinin bu sahədə yüksək
nailiyyət qazanmasına
yardım edir. HVS-nin beynəlxalq
şəbəkəsində 32 ofisi mövcuddur. İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertləri,
eyni zamanda, MDB ölkələrində və
Gürcüstanda qonaqpərvərlik
sahəsində tanınmış
şirkətləri birləşdirir.
Belə bir nüfuzlu toplantının Azərbaycanda
keçirilməsi gələcəkdə
ölkəmizdə hotel biznesinə
qoyulan investisiyaların
artımına müsbət
təsir edəcək.
Tədbirdə dünyanın müxtəlif
hotellərində yüksək
səviyyəli qonaqpərvərlik
sahəsində çalışan
mütəxəssislər, beynəlxalq şəbəkə
sisteminə daxil olan mehmanxanaların baş menecerləri iştirak edirdilər.
Konfransda
əsasən hotel biznesi
və qonaqpərvərlik
sənayesinə qoyulan
investisiyaların Azərbaycanda,
digər keçmiş
sovet ölkələrində
nə dərəcədə
effektli olması araşdırıldı».
Mütəxəssis bildirdi ki, hazırda Azərbaycanda turizm üzrə sərmayələrin Bakıda
və regionlarda iki və üç
ulduzlu hotellərin tikintisinə qoyulması çox effektli olardı. Bundan əlavə, Quba-Qusar zonasında şəbəkə
sisteminə daxil olan 2 və 3 ulduzlu hotellərin tikilməsinə böyük
ehtiyac var: “Çünki hələlik
regionlarda aşağı
ulduzlu hotellərə
daha çox tələbat var”.
AZTA sədrinin
müşaviri onu da qeyd etdi
ki, Sumqayıtda mehmanxana sahəsinə investisiya qoyuluşu çox məqsədəuyğun
olardı. Çünki Xəzər dənizinin sahilində yerləşən
bu şəhərin böyük turizm potensialı var. Bakıda keçirilən müxtəlif
beynəlxalq tədbirlər
zamanı ölkəmizə
gələn qonaqların
bir qismini orada yerləşdirmək
mümkündür.
M.Ağakərimov
deyir ki, hotel biznesinin inkişafı ilə əlaqədar olaraq təbii ki, kadr hazırlığına
da önəm verilməlidir: «Hazırda Azərbaycanda Turizm İnstitutu, Mingəçevir
Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi kadr hazırlığını
yüksək səviyyədə
aparır. Bununla belə, turizm
üzrə daha çox kadra ehtiyac var. Günü-gündən
sayı artan hotellərdə yerli kadrların tədricən
daha yüksək vəzifələrdə təmsil
edilməsi arzuolunandır.
Yüksək səviyyəli, peşəkar
kadrlardan istifadə etmək lazımdır”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 21 sentyabr.- S. 9.