Ölkəmizin Beynəlxalq Muzeylər Şurasına üzv olmasının 20 illiyi ilə bağlı tədbir

 

   Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın UNESCO-nun Beynəlxalq Muzeylər Şurasına (İCOM) üzv qəbul olunmasının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

   Muzeyin direktoru Gülzar İsmayılova mövzuya dair məruzə ilə çıxış edib. UNESCO-nun Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi rəyasət heyətinin üzvü Əfqan Şəfiyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov, Heydər Əliyev Muzeyinin direktoru Gülnarə Məcidova və başqaları İCOM-un Azərbaycan Milli Komitəsinin respublikamızın mədəni irsinin tanıdılması istiqamətində fəaliyyətindən danışıblar. Ölkədə muzey işinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, işğal edilmiş ərazilərdə qalmış mədəni irsimizin müdafiə edilməsi sahəsində Milli Komitənin gördüyü işlərdən söz açılıb. Toplantı iştirakçıları Azərbaycanın Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilməsinin 20-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar.

 

 

  Mədəniyyət.- 2012.- 21 sentyabr.- S. 7.