Mingəçevir Dram Teatrında yeni mövsüm “Min bir gecəilə başlandı

 

   Repertuar seçimində tamaşaçı zövqünə, ziyalı tənqidinə diqqət verən Mingəçevir Dövlət Dram Teatrı 44-cü mövsümünü gənc rejissor İradə Gözəlovanın ərəb xalq nağılı əsasında hazırladığı “Min bir gecətamaşası ilə açdı.

  

   Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovun sözlərinə görə, kollektiv “Min bir gecətamaşası ilə beynəlxalq festivallarda da iştirak etməyi planlaşdırır.

   Yeni mövsümdə Xalq artisti Zülfüqar AbbasovunÖn xətdə mühakiməadlı tamaşası isə sənətsevərlərin vətənpərvərlik, humanizm hislərinə hakim kəsiləcək. Səhnə əsərində bir çox obrazların ifaçıları teatrın nəzdində yaradılmışİnamstudiyasının üzvləridir. Kollektiv süjet xətti zamanın tələbi ilə səsləşən bu tamaşa ilə yaxın bölgələrə qastrol səfərinə çıxmağa hazırlaşır.

   Bu mövsümdə həmçinin rejissor Sərvər Əliyevin quruluşunda Rafiq RəhimlininGizli məhəbbətadlı tamaşası da teatrsevərlərə təqdim ediləcək. Uşaq ədəbiyyatının sevilən nümunələrindən olan A.ŞaiqinTiq-tiq xanımnağılı isə rejissor A.Samanlı tərəfindən səhnələşdiriləcək. Yerli yazarlardan Ə.Əsgərovunİnsan tək deyiladlı pyesi isə plandankənar tamaşa kimi hazırlanacaq.

   Mövsümün açılışı münasibətilə düzənlənən mərasimə Ağdam Dövlət Dram Teatrından da qonaqlar gəlmişdi. Teatrın repertuarında olan tamaşalardan parçalar, Bakıdan dəvət edilmiş müğənnilər maraqlı rəqs nömrələri tədbirə xüsusi rəng qatdı. Gözoxşayan səhnə tərtibatı ilə seçilən mərasim tamaşaçıların alqışı bayram atəşfəşanlığı ilə yekunlaşdı.

  

 

   Esmira Hacıyeva

 

  Mədəniyyət.- 2012.- 26 sentyabr.- S. 8.