Kitabxanada oxucu konfransı

 

   Xurşidbanu Natəvan - 180

  

   Milli ədəbiyyatımızın görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 3 aprel 2012-ci il tarixli sərəncamına uyğun olaraq, respublikamızın digər bölgələrində olduğu kimi, Kürdəmir rayonunun mədəniyyət müəssisələrində də böyük şairəyə həsr olunmuş tədbirlər keçirilir.

   Bu günlərdə Kürdəmir rayon MKS-də təşkil olunan “Xan qızı Natəvan” adlı oxucu konfransı da bu qəbildən idi. Tədbirlə bağlı Natəvanın kitablarından və haqqında olan məlumatlardan ibarət sərgi təşkil edilmişdi. Kürdəmir rayon MKS-nin direktoru Ş.Şixəliyev açılış nitqindən sonra şairənin həyat və yaradıcılığını əks etdirən biblioqrafik məlumatlar nümayiş olundu.

   Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, rayon Qadınlar Şurasının sədri Elmira Süleymanova, MKS-nin direktor müavini İradə Mahmudova, şöbə müdiri Ülkər Yunusova, baş kitabxanaçılar Məhinə Şirəliyeva, Ərəstun Sadıqov, Aygün Ağayeva, Uşaq Kitabxanasının müdiri Xatirə Azayeva və s. iştirakçılar Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söz açdılar. Ədibin şeirlərindən nümunələr səsləndi.

   Tədbirin sonunda Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən bir səhnə və şairənin sözlərinə yazılmış mahnılar təqdim olundu.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

   Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 12.