Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu

 

   Sentyabrın 27-də Azərbaycan Turizm İnstitutu (ATİ) Turizm Peşə Məktəbində «Turizmin mədəniyyətlərarası dialoqda yerirolu» mövzusunda konfrans keçirildi. Tədbir 2013-cü ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və Dünya Turizm Günü münasibətilə təşkil edilmişdi.

  

   Turizm İnstitutuDialoq Avrasiya Platformunun (DAP) təşkilatçılığı ilə baş tutan konfransı ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq xalqlarinsanlar arasında ünsiyyətdə turizmin mühüm rol oynadığını vurğuladı: “Artıq ölkəmiz dünyanın nəhəng turizm xəritəsində vacib məkan kimi qeyd olunur. Azərbaycan mötəbər tədbirlərin, konfransların, müsabiqə və yarışların keçirildiyi bir ölkədir. Bütün bunlar dünyada ölkəmiz haqqında fikir və təsəvvürlərin zənginləşməsinə təsir edir”.

   C.Cəfərov vurğuladı ki, mövcud uğurlarla yanaşı, ölkəmizin turizm sektorunda həlli vacib məsələlər də var. Bu sırada kadr problemi ən aktual məsələdir: “Mövcud turizm imkanlarımızı daha yaxşı formada təqdim etmək üçün peşəkar kadrlara ehtiyac var. Bu da tədricən həll olunur. Dövlət başçısının sərəncamı ilə yaradılan Turizm İnstitutu 500-dək gənc kadrı turizm sektoruna təhvil verib. Bu ildən ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbi də fəaliyyətə başlayıb. Turizm təhsilinin bütün pillələri üzrə artıq bir şəbəkə formalaşıb. Vaxt gələcək, Azərbaycanda turizm təhsili almaq uğrunda rəqabət yaranacaq. Bu, dünyanın bütün ölkələrində belədir. İnsanlar gələcəyi, perspektivi olan sahələrdə çalışmaq istəyirlər».

   Rektor qeyd etdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir: “2011-ci ildə Bakı bu sahədə dünya forumuna ev sahibliyi edib. 2013-cü ildə növbəti tədbirin keçirilməsi üçün də hazırlıqlar gedir. Bu konfrans da həmin prosesə hazırlığın tərkib hissəsidir”.

   Dialoq Avrasiya Platformunun Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı bildirdi ki, bu gün insanlar arasında nifaq salmağa, onların bir-biri ilə düşmənçilik etməsinə çalışan qüvvələr var: “Mədəniyyət xalqlar arasında mehriban münasibətlərin formalaşmasında böyük rol oynayır”.

   BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli 27 sentyabr - Dünya Turizm Gününün əhəmiyyətindən danışdı: «Bu günü qeyd etməyin məqsədi turizmin əhəmiyyətini dünyaya göstərmək və hər bir ölkənin mədəni, ictimaisiyasi həyatının inkişafında onun rolunu vurğulamaqdır. BMT-nin baş katibi Dünya Turizm Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib. 2012-ci ilin mövzusu «Turizm və davamlı enerji: davamlı inkişafı gücləndirərək» şüarıdır”.

   «Çağ Öyrətim İşlətmələri» şirkəti İdarə Heyətinin sədri Ənvər Özeren çıxışını «Turizmdialoqda təhsilin önəmi» mövzusu üzərində qurdu. Bildirdi ki, Azərbaycan minilliklər boyu Şərqlə Qərbin qovuşuğunda yerləşdiyindən burada fərqli mədəniyyətlərin, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə ünsiyyət qura bilməsi normaldır. O, rəhbərlik etdiyi təhsil qurumunun proqramları ilə Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıdılmasından və eyni zamanda burada keçirilən tədbirlərdə bu istiqamətlərdə müxtəlif işlərin aparılmasından danışdı.

   Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan isə dünyada turizm sahəsində son 5-6 il ərzində əldə edilən nəticələr, Türkiyənin dünya turizm bazarında yerirolu barədə məlumat verdi.

   ATİ-nin dekanı Nəsrulla Nəsirli və institutun dosenti Minaxanım Əsədovanın məruzələri də maraqla qarşılandı.

   Sonda ATİ-nin rektoru Cəfər Cəfərov və Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Beynəlxalq Turizm Günü münasibətilə konfrans iştirakçılarını təbrik etdilər.

 

 

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 9.