Azərbaycan dünya turizm məkanına inteqrasiya edir

 

   Nazim Səmədov,

   Mədəniyyət və turizm nazirinin müavini

  

 

   Bu gün turizm və xidmət sektoru dünya iqtisadiyyatının aparıcı sahələrindən biridir. Azərbaycanda da ötən əsrin 90-cı illərinin sonundan başlayaraq bu sahə dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət, ölkə həyatının bütün sahələri kimi, turizm sektorunun da inkişafına əlverişli zəmin yaradıb.

  

   Azərbaycan turizm sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələrlə sıx əməkdaşlıq quraraq, dünya turizm məkanına inteqrasiya edir. 2001-ci ilin sentyabr ayında Dünya Turizm Təşkilatı Baş Assambleyasının XIV sessiyasında Azərbaycan Respublikası quruma tamhüquqlu üzv qəbul edilib.

   Ölkəmizin turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyət və qədim tarixi irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bundan əlavə, dövlət də turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, ölkə başçısının müvafiq fərman və sərəncamları, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması, 2011-ci ilin Azərbaycanda “Turizm ilielan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq olunaraq həyata keçirilməsi dövlət səviyyəsində turizm sahəsinə verilən diqqət, önəm və dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.

   Bu günlər bütün dünyada turzm sektorunun təmsilçiləri peşə bayramlarını - Dünya Turizm Gününü qeyd edirlər. 27 sentyabr - Dünya Turizm Gününün qeyd olunmasının əsas məqsədi turizmin əhəmiyyətini dünyaya göstərmək və hər bir ölkənin mədəni, ictimaisiyasi həyatının inkişafında onun rolunu bir daha vurğulamaqdır. Bu il əlamətdar gün «Turizm və davamlı enerji» şüarı altında qeyd olunur. Azərbaycanda da Dünya Turizm Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Ölkəmizdə bu tarix eyni zamanda yay turizm mövsümünün yekunlaşması ilə xarakterizə olunur.

  

   Ölkəmiz yeni turizm istiqaməti kimi dünyaya açılmağa başlayıb

  

   Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin mühüm bir hissəsi turizm sahəsinin inkişafı, Azərbaycanın zəngin mədəniyyətinin, təbii gözəlliklərinin, turizm imkanlarının xaricdə tanıdılması ilə bağlıdır. Beynəlxalq turizm sərgilərində fəal iştirak, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizminin imkanlarının təbliği, nüfuzlu nəşrlərinin brendi ilə ölkəmiz haqqında bələdçi kitablarının hazırlanması və s. bu məqsədə xidmət edir. Bununla yanaşı, ölkəmiz beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, İƏT və başqa qurumlarla sıx əməkdaşlıq edərək artıq yeni bir turizm istiqaməti kimi dünyaya açılmağa başlayıb.

   Ölkəmiz hər il 20-dən çox beynəlxalq turizm sərgisində təmsil olunur. Xarici ölkələrlə turizm əlaqələrinin genişləndirilməsi, respublikamızda mehmanxanamehmanxana tipli obyektlərin, eləcə də turizm şirkətlərinin sayının artması, dünya standartlarına uyğun turizm xidməti infrastrukturunun yaradılması bu sahədə məqsədyönlü fəaliyyətin nəticəsidir.

   Dünyanın aparıcı televiziya kanalları olan CNN, «Euronews», «Travel Channel», BBC, CNBC, «National Geographic»də Azərbaycanın turizmini təbliğ edən reklam çarxları yayımlanır. Bu il həmçinin «Voyager», «ABTA» və «Business Year» jurnallarında respublikanın turizm imkanlarına dair reklam məlumatları yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyi ilə Belçikanın «Unicap Television» şirkəti arasında bağlanmış müqaviləyə əsasən qeyd olunan şirkət tərəfindən Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkilib və iyul ayından etibarən Fransanın «TV5 Monde» telekanalında yayımlanıb. Bundan əlavə, Türkiyənin «Kanaltürk», Rusiyanın 1-ci kanalında Azərbaycanın turizm potensialı haqqında filmmateriallar yayımlanıb.

   Nazirliyin layihəsi əsasında İtaliyanın «Polaris s.r.l.» nəşriyyatında italyan dilində «Azerbaijan - Guida per Viaggiare» bələdçi kitabı hazırlanacaq. Eyni zamanda 2013-cü ilin martında Almaniya paytaxtında keçiriləcək «İTB Berlin» beynəlxalq turizm sərgisində Azərbaycan «Konqres və Mədəniyyət» tərəfdaşı kimi çıxış edəcək.

  

   Daxili turizmin inkişafı prioritet vəzifədir

   

   “2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilir. Bu məqsədlə 2012-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli turizm şirkətləri və KİV nümayəndələri üçün Xaçmaz rayonundakı «Malibu» istirahət mərkəzinə, AMEA-nın Geologiya İnstitutu, turizm şirkətləri və media təmsilçilərinin iştirakı ilə Qaradağ rayonu ərazisindəki Lökbatan, DaşgilQoturdağda «Palçıq vulkanı» ekoturizm marşrutu üzrə infoturlar təşkil edilib. Həmçinin Şəki rayonunun turizm potensialının tanıdılması, atçılıq turizm marşrutunun inkişafı və təbliği məqsədilə atüstü turist yürüşü, Quba rayonunda «Kulinariya turu», İsmayıllı rayonunda «Qırx otaq əfsanəsi» və «Fit dağı əfsanəsi» adlı mədəni və ekoturizm marşrutları üzrə infoturlar keçirilib və həmin marşrutlar pasportlaşdırılıb.

   Ölkəmizdə son dövrlər turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində də bir sıra mühüm işlər görülməkdədir. Hazırda Bakı şəhərində müasir standartlara uyğun 5 və 4 ulduzlu mehmanxanaların inşası, paytaxtregionlar üzrə 50-dək mehmanxanaona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisi, eləcə də “Şahdağ” Qış-Yay Turizm Kompleksi kimi böyük layihənin reallaşması nəticəsində yüksək keyfiyyətli turizm xidmətinə nail olmaq mümkündür.

   Bu məqsədə çatmaq üçün əsas hədəflərdən biri də peşəkar kadrlara olan ehtiyacın təmin olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutundan bu il 210 nəfər tələbə məzun olub ki, onların da 24 nəfəri bu təhsil ocağı ilə yanaşı, Avstriyanın Krems Universitetinin diplomunu da alıb. Hazırda ATİ-də 1500-dən çox tələbə bakalavr pilləsində təhsil alır. Onu da qeyd etmək yerinə düşər ki, hazırda ATİ-nin 500-dək məzunu ölkəmizin turizm sənayesində çalışır. Bundan əlavə, 2006-cı ildə ölkəmizdə orta təhsilli mütəxəssis hazırlayan Mingəçevir Turizm Kolleci yaradılıb. Hazırda 2100-dən çox tələbənin təhsil aldığı bu kollec regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Bu sahədə işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasını təmin etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən Bakı şəhərində Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb, həmçinin Qusar rayonunda regional turizm peşə məktəbinə binanın ayrılması istiqamətində işlər görülür.

  

   Beynəlxalq tədbirlər turizmin inkişafına töhfə verir

  

   Bu ilin mayında Azərbaycan çox nüfuzlu beynəlxalq mədəniyyət tədbirinə - “Eurovision-2012» mahnı müsabiqəsinə ev sahibliyi etdi. Tədbirin təşkili ilə bağlı ölkə başçısının müvafiq sərəncamının icrasında Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak etdi. Müsabiqə öncəsi Bakıda yerləşən mehmanxanaların əməkdaşları üçün (mehmanxana idarəçiliyi, qeyd-qəbul, masa xidməti və xadiməçilik üzrə 120 əməkdaş) təlim-tədris kursları təşkil olundu. Muzeymehmanxana sistemində çalışan 78 nəfər üçün, həmçinin bələdçi fəaliyyəti ilə məşğul olan 23 nəfər üçün Azərbaycan Dillər Universitetində ingilis dili üzrə iki aylıq tədris kursları təşkil edildi. Bakı şəhərində yerləşən mehmanxanalarda ümumiləşdirilmiş qaydada internetlə rezervasiya sisteminin tətbiqinin təşkili ilə bağlı onlayn sistem yaradılaraq “eurovision.az” saytı vasitəsilə tətbiq olundu.

   Müxtəlif çeşidli ekskursiya proqramlarının təmin edilməsi ilə bağlı Bakı şəhəri üzrə 3 şəhər turu proqramı və region üzrə 1 ekskursiya proqramı tərtib edildi. Bununla yanaşı, mayın 15-dən başlayaraq, qonaqların asudə vaxtlarını səmərəli keçirmələri və Bakı şəhəri ilə əyani tanış olmaları üçün «Şəhər turu» (City Tour) layihəsinə start verildi. Mayın 30-dək «Şəhər turu» avtobuslarından 2327 nəfər əcnəbi turist istifadə etdi.

   Müsabiqə günlərində ölkəyə giriş məntəqələrində - Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmir Yolu Vağzalında və Dəniz Limanında sərnişinlərin çıxış nöqtəsində turizm informasiya mərkəzləri yaradıldı və «Eurovision» müddətində 3538 nəfər turistə xidmət göstərildi.

   Mədəniyyət və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı ilə əməkdaşlığı çərçivəsində bu il sentyabrın 6-7-də növbəti beynəlxalq turizm tədbiri - «İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm» adlı beynəlxalq konfrans keçirildi. Konfransda DTT-nin baş katibi Taleb Rifai, təşkilatın məruzəçiləri, ekspertləri, İranın vitse-prezidenti, Mədəni İrsTurizm Təşkilatının sədri Seyid Həsən Musəvi, Pakistanın milli irsinteqrasiya üzrə naziri xanım Samina Xalid Gurki, Dünya Turist Bələdçiləri Assosiasiyasının prezidenti xanım Rosalind Nyulands, Gürcüstanın Milli Turizm Administrasiyasının sədri Maya Sidamonidze, habelə İspaniya, Cənubi Koreya, Rusiya, Bolqarıstan, İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Tailand, Fransa, AlmaniyaÇinin milli turizmturizm təşkilatlarının, həmçinin dünyanın aparıcı KİV nümayəndələri iştirak etdilər. Bütün bunlar bir daha sübut edir ki, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkənin turizm potensialını daha yaxşı tanıtmaq mümkündür.

  

   Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır

  

   Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. 2012-ci ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.088.823 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 7,1% və ya 72.264 nəfər çoxdur. Əlavə olaraq bildirim ki, 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2.239.141 nəfər təşkil edib ki, bunun da 1.836.226 nəfəri turistlərin payına düşür. 2012-ci ilin 6 ayının statistik göstəricilərinə əsasən, Azərbaycanda mehmanxanamehmanxana tipli obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31.850 təşkil edir. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası əsasında 327 mehmanxana, 210 turizm şirkəti fəaliyyət göstərir.

 

 

Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 8.