Alim Qasımov Polşada beynəlxalq festivalda

 

   Azərbaycanın Xalq artisti Alim Qasımov Polşanın paytaxtı Varşavada keçirilən “Mədəniyyətlərin kəsişməsi” beynəlxalq festivalının açılışında iştirak edib.

   Ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, muğam ustadı tədbirdə qızı Fərqanə Qasımova və qrupu ilə birlikdə çıxış edib. Tamaşaçılar Azərbaycan xanəndələrinin möhtəşəm ifasını heyranlıqla izləyib. Konsertdən sonra Alim Qasımov və onu müşayiət edən şəxslər Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova və üzvləri ilə görüşüblər.

 

 

   Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 3.