Son xitab
Ağlıma da gətirə bilməzdim ki, günün
birində “Fayis dayı yoxdur... öldü” xəbərini
eşidə bilərəm. Bu xəbəri Azərbaycandan
çox-çox uzaqlarda eşitdim. Mənim üçün
çox çətin idi. Çünki onun yoxluğunun
acısını dostlarımız Bakıda bir-birilərinə
sarılıb ağlayaraq yaşadılarsa, mən bu
sarsıntını tək yaşadım.
İlahi, bu, nə gecə idi! Sabahı dirigözlü açdım.
Həm də bir ümidlə
gözlədim ki, bəlkə kimsə zəng edib eşitdiyim xəbərin yalan olduğunu deyər. Amma...
Bilirsənmi məni daha
çox nə üzür, dayıcan?
Dəfnindən 6 saat sonra çatdım Bakıya.
Yəqin
məni bağışlayarsan?
Axı sən hər zaman mənə dəstək olmusan. Çətin anlarımda səndən
məsləhət almışam.
Biz həmkar yox , dayı-bacıoğlu olmuşuq. Hətta bir dəfə dedin ki, deyəsən,
bir gün gerçək bacıoğlular
inciyəcək.
Qəribədir!
Bizim məsləyimiz insanları
istədiyi zaman istədiyi məkana çatdırmaq olduğu
halda, qismət məndən sənin heç olmasa cansız simanı son dəfə görmək və dəfninə acı şahidlik etmək istəyimi də ürəyimdə qoydu. Məni gətirən təyyarə
Bakıya gecikdi.
Həyatın ən ağır
məhrumiyyətlərini belə,
xüsusi nikbinlik parçalarına bürüyüb
daha böyük dəyərləri özünə
dərd eləyən adamlar var. Şəxsi problemlərini dünyanın
ən xırda qayğıları sırasında
təxirə salmağı
bacarıb da, daha iri dərdləri
içindən keçirən,
onların haqqında danışmağı xoşlayan
insanlar var və belə adamlara ZİYALI deyilir.
20 illik müstəqillik
tariximizin turizm səhifəsinə sənin
əvəzsiz töhfələrin
oldu. Amma bunu heç
bir zaman etiraf etmədin. Deyirdin ki, gün gələcək
Azərbaycan turizm səltənətinə çevriləcək.
Sən bizə biznes
mədəniyyətini, sağlam
rəqabət hissini, peşəkarlığı aşıladın.
Gənclərin dostu idin, amma işdə prinsipial idin. Səndə
kin yox idi, hətta günahkara da yaxşılıq edirdin. Mən bunun hər
zaman şahidi olmuşam.
Bir dəfə sənə
telefon etdim. Dedim: “Fayis müəllimi
olar?” Dedin: “Kimdir danışan?” Mən: “Day-day, tanımadın?”
Sən: “Hə, bacıoğlu, bax indi tanıdım!” Hətta bir dəfə zarafatla dedin ki, görəsən,
elə bir idarə varmı ki, bizim dayı-bacıoğlu
olmamızı rəsmiləşdirsin?
Bəli,
belə ürək oxşayan zarafatların var idi.
Mənə hər zaman yaxşılıq etdin! Qarşılığını gözləmədən. İşimi itirəndə
sənə gəldim!
Yaxınımı-əzizimi itirəndə sənə
sığındım! Mənə
o qədər enerji verdin ki... Buna
bir Allahım şahid oldu.
Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında
qiymət verin insanlara,
Yaxşılara
sağlığında yaxşı
deyin,
Üz tutaram uşaqlara, qocalara, cavanlara...
Deyirdin ki, bizim qonaqlar külli Azəbaycanımızın qonağıdır.
Bu isdə mənim,
sənin yoxdur. Öz firavanlığın üçün
yaşamırdın həyatda.
Havan-suyun TURİZM idi. İki arzun vardı. Torpaqlarımızın bütövlüyü və Azərbaycanın turizm kəhkəşanına
çevrilməsi. Turizm sənin
silahın idi. Londonda, Parisdə, Berlində, Moskvada və daha haralarda
mənfur düşmənlərimizin
torpaqlarımızı öz
adlarına sırıyaraq,
turizm marşrutu təqdimatları ilə barışa bilmədin, etiraz səsini ucaltdın. Uğurlu layihələrinlə Azərbaycan adının,
qayəsinin, sözünün,
gerçəkliyinin dünya
insanlarına tanıdılmasına
həyatını həsr
etdin. Heyf, çox heyf... Hələ nə qədər işlər görəcəkdin.
Bu yolda canını,
sərmayəni belə
əsirgəmədin. 2012 sənin ilin idi! Deyirdin ki,
inşallah, o qədər
layihələrimiz olacaq
ki...
Hər şeyi xalq üçün, millət
üçün etdin...
Təmənnasız.... Qarşılıqsız.....
Bu sərdabə
sevgilərdən, hörmətlərdən
xoşum gəlmir.
İstəmirəm
vaxt-vədəsiz şöhrəti
mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ
dəyişmərəm...
Mən səni diri, dipdiri bir adam kimi tanıyıram. Sonuncu dəfə biz bir
yerdə olanda əməkdaşların sənə
bir sənədi təcili imzalamalı olduğunu bildirdi. Dedin ki, bazar
ertəsi işə çıxanda imzalayaram. Ancaq haradan biləydin ki, bu şənbə
sənin son həftəndir.
Ən xoş və ən ərkyana bir yumora bürüyüb
təqdim elədiyin söhbətlərinlə, dərdin-sərinlə
başqalarının zəhləsini
tökmək istəmədiyin
və buna görə də hamını birləşdirən
qayğılarınla, çox
şirin bir optimizmlə və canlı-canlı müzakirə
etməkdən usanmayan
bir insan kimi sənin yoxluğun bir gerçəkdir.
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında
qiymət verin insanlara,
Yaxşılara
sağ olanda yaxşı deyin.
Bəlkə bu xitabımda
nəyi isə unutdum və ya şişirtdim. Hər şeyə rağmən məni bağısla! Haqqını
halal et, əziz dayı, həmkar və dəyərli dost! Sənin keçdiyin
həyat yolundan bir kitab yazsaq,
bu hər bir gənc turizm
işçisinin stolüstü
kitabı olmağa layiqlərin layiqidir.
İnşallah, sənin
iki arzun mütləq həyata keçəcək!
Torpaqlarımız azad olacaq, Azərbaycan turizm səltənətinə çevriləcək.
Allah sənə
rəhmət eləsin.
Ruslan Quliyev
Mədəniyyət.-
2012.- 13 yanvar.- S. 11.