Uşaqlarda kitaba maraq oyadaq!
Tarixi-mədəni,
ədəbi-bədii, elmi və fəlsəfi irsin
toplanmasında, nəsildən-nəslə ötürülməsində
və cəmiyyətin intellektual mənəvi
potensialının inkişafında kitabxanaların fəaliyyəti
əvəzsizdir. Bu baxımdan Qəbələ rayon MKS öz
fəaliyyətini yüksək şəkildə quraraq oxucu
dairəsini genişləndirməyə nail olmuşdur.
Kitabxanamız hər il bir sıra tədbirlər keçirərək
oxucuları kitabxanalara cəlb etməkdə davam edir. Belə
tədbirlərdən biri də 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi və Yeni il münasibətilə
kitabxananın uşaq şöbəsinin Qəbələ
şəhər 1 saylı uşaq bağçası ilə
birlikdə keçirdiyi tədbir oldu.
Tədbirdə
kitabxananın direktoru Ramiz Mirzəyev, uşaq şöbəsinin
müdirəsi Sevda İsrayılova çıxış edərək
iştirakçıları bayram münasibətilə təbrik
etdilər. Qəbələ Tarix-Diyarşünaslıq
Muzeyinin müdiri Xalis Məmmədov, rayon Mədəniyyət
və Turizm Şöbəsinin baş inspektoru Anar Rüstəmli
belə tədbirlərin gələcək nəslin təfəkkürünün
və bilik dairəsinin genişlənməsində,
uşaqların intellektlərinin inkişaf etdirilməsində
mühüm rolu olduğunu bildirdilər.
Tədbirdə
MKS-nin əməkdaşları - metodiki şöbənin
müdiri Maarif Həsənov, xidmət şöbəsinin
işçisi Günel Qarayeva çıxış edərək
bayram münasibətilə təbriklərini
çatdırdılar.
Uşaqların
gözəl rəqsləri, söylədikləri şeirlər,
oxuduqları mahnılar tədbiri daha da rövnəqləndirdi.
Sonda uşaqlara hədiyyələr təqdim olundu.
Aqibət Babayeva,
Qəbələ MKS-nin
işçisi
Mədəniyyət.-
2012.- 11 yanvar.- S. 12.