“Azərbaycanın
dünyada səsi olmağa
çalışırıq”
Yüksel Degercan: “Bizə doğma,
yaxın olan mədəniyyəti dünyaya tanıtmaq o qədər
gözəldir ki, biz bundan qürur duyuruq”
Yüksel Degercan TRT-nin Bakı bürosunun yeni rəhbəridir. On ildir ki, TRT-də
çalışır. Üç il
öncə televiziyanın
Azərbaycan nümayəndəliyində
müxbir kimi fəaliyyətə başlayıb.
Onunla söhbətimizdə TRT-nin
keçdiyi yola, kanalın müasir dövrdəki durumuna və televiziyanın Azərbaycan nümayəndəliyinin
rəhbəri kimi həyata keçirmək istədiyi layihələrə
toxunduq.
- Söhbətə
sizin yeni təyinatınızdan başlayaq.
Azərbaycana TRT-nin müxbiri
kimi gəldiniz. Amma bir neçə ildən sonra Bakı bürosuna rəhbər təyin olundunuz. Bu təyinatı
necə qarşıladınız?
- Mən
Azərbaycanı yaxşı
tanıyıram. Demək olar
ki, bütün bölgələrə səfər
etmişəm. Hətta Qarabağ
tərəfə, sərhədyanı
bölgələrə getdim
və oradakı insanların həyatını,
yaşam durumunu gördüm. Azərbaycan inkişaf
edən bir ölkədir. Təbii ki,
biz də qardaş ölkədə özümüzü
evimizdəki kimi hiss edirik. Bu üzdən
də yeni vəzifə təyinatıma
sevindim. TRT-nin Azərbaycandakı fəaliyyəti həmişə
iki ölkənin qardaşlığını, birliyini
artıracaq istiqamətdə
olub və bu davam edəcək.
Proqramlarımızda bütün bunları
diqqətə alırıq.
- TRT məktəbini
keçmək nə verdi sizə?
- TRT doğrudan
da Azərbaycan Televiziyası kimi bir məktəbdir. Azərbaycanda televiziya 1956-cı ildə fəaliyyətə
başlayıb. Bundan
bir neçə il sonra
TRT yarandı. Türkiyədə bütün özəl televiziyalar TRT-dən ayrılan və onun yetişdirdiyi insanlar tərəfindən
quruldu. Türkiyədə televiziya deyəndə
ilk öncə hər
kəs TRT-ni ağıllarına gətirir.
Mən də TRT ailəsinə düşməkdən son dərəcə
məmnunam. Biz müxbir olaraq dünyanın bir çox ölkəsini gəzdik, oradakı sistemi, yaşamı öyrəndik, xarici televiziyalarla bizim televiziya arasındakı fərqləri gördük.
Bütün bunlar bizə
mühüm təcrübə
qaynağı oldu.
Bu təcrübələri birləşdirəndə ortaya
çox gözəl məqamlar, ideyalar, layihələr çıxır.
- Yüksəl
bəy, TRT-də Azərbaycan televiziyaları
ilə əməkdaşlıq
istiqamətində nələr
düşünülür? Bu əməkdaşlıqdan hansı nəticələr
əldə oluna bilər?
- Hazırda bizim 35 dil və
ləhcədə yayımlar
aparan internet portalımız,
18 radiomuz var. TRT-nin 14
televiziya kanalı fəaliyyət göstərir.
Bu yaxınlarda ingilis dilində kanalımız fəaliyyətə
başlayacaq. Biz də TRT-nin bu imkanları ilə sadəcə Türkiyədə deyil, dünyada Azərbaycanın
səsi olmağa çalışırıq. Bu işdə buradakı
televiziyaların, ümumilikdə
medianın bizə böyük köməyi dəyir. Yerli televiziyalarla işbirliyini
daha çox artırmaq istərdik.
Bununla bağlı bir sıra layihələrimiz
də var. Bu yaxınlarda
TRT-nin baş direktoru Azərbaycana gələcək və burada fəaliyyət göstərən televiziya
kanallarının rəhbərləri
ilə görüşəcək.
Bu görüşlərin bizim gələcək fəaliyyətimizə mühüm
töhfəsi olacaq.
Azərbaycanda fəaliyyət göstərən
bütün kanallarla işbirliyini qura bilsək, bunun sayəsində TRT olaraq Azərbaycandakı gücümüzü
daha da artırarıq.
Azərbaycanın mədəniyyətini, inkişafını, uğurlarını,
eyni zamanda, sıxıntısını, dərdini
bütün Türkiyəyə,
dünyaya daha geniş yaymağa çalışacağıq.
- Maraqlıdır,
Azərbaycanın Türkiyədə
daha çox tanıdılması üçün
hansı proqramlara, layihələrə önəm
verirsiniz?
- Türkiyə
Azərbaycanı həqiqətən
çox yaxından izləyir. Azərbaycan sahib olduğu enerji
qaynaqları, təbii
gözəlliyi, mədəniyyəti
ilə Qafqazın ən önəmli ölkəsi, parlayan ulduzudur. Lakin Türkiyədə Azərbaycan hələ də lazım olduğu qədər tanınmır. Yəni bizim
insanlar qardaş Azərbaycanda baş verənləri daha yaxından izləmək imkanına malik olmalıdırlar. TRT də buna görə
Azərbaycandadır.
- TRT-nin mədəniyyət layihələri
ilə bağlı nə deyə bilərsiniz? Bu istiqamətdə
hansı işlərin
həyata keçirilməsi
gözlənilir?
- Azərbaycanın
mədəniyyəti Türkiyənin
mədəniyyəti ilə
çox yaxındır.
Bir qədər əvvəl söylədiyim kimi, burada özümüzü
yad hesab etmirik. Bizə çox doğmasınız.
Ortaq dilə, düşüncəyə,
adət-ənənələrə sahibik. Bizə doğma, yaxın
olan mədəniyyəti
türk mədəniyyəti
ilə birgə dünyaya tanıtmaq o qədər gözəldir,
biz sadəcə olaraq
bundan qürur duyuruq. Bunun üçün də Azərbaycan mədəniyyətini, musiqisini,
sənətini, ədəbiyyatını
öyrənmək, araşdırmaq,
təbliğ etmək
bizim vəzifəmizdir.
Hazırda «Kafkaslardan əsən
yellər» adlı bir layihəmizi gerçəkləşdiririk. Azərbaycanın bütün bölgələrini
dolaşır, onun mədəniyyəti, musiqisi,
mətbəxini daha yaxşı bilən insanlar vasitəsilə proqramlar hazırlayıb bütün Türkiyəyə
yayırıq. Bundan sonra
gözlənilən yeniliklərə
gəlincə, biz işbirliyi
qurmaq və bunun əsasında işləmək istəyirik.
Əgər bu baş tutarsa, yerli televiziyaçıların Azərbaycan
dilində hazırladıqları
verilişlər bizim də iştirakımızla
ərsəyə gələcək
və Türkiyədəki
televiziyalarda yayımlanacaq.
Təsəvvür edin:
bizim müxtəlif dillərdə internet kanalımız,
TRT-Avaz, TRT-Musiqi və s. kanallarımız
Azərbaycan incəsənətinin,
mədəniyyətinin dünyaya
yayılması üçün
ən gözəl vasitələrdir. Gələcək layihələrin detalları
ilə bağlı hələ ki, söz açmaq istəməzdim. TRT-nin baş direktoru
Azərbaycana gəldikdən
və görüşlər
keçirdikdən sonra
biz yeni layihələri
həyata keçirəcəyik.
- Türkiyənin
tarixi və mədəniyyətinin tanıdılmasında
və təbliğatında
serialların, filmlərin
də böyük rolu var. Bu bir faktdır ki, Türkiyə serialları
artıq dünyada ön sıralardadır. Bildiyiniz kimi, Azərbaycanda da artıq bu
işə start verilib.
Bu barədə nə deyə bilərsiniz?
- Əslində,
bunlar bir proses, keçilməsi zəruri olan sürəcdir. 1980-90-cı
illərdə biz də
Amerika, Braziliya, hind filmlərini izləyirdik.
Amma Türkiyədə bir potensial olduğunu gördük. Bizim rejissorlar,
aktyorlar dedilər ki, biz öz seriallarımızı çəkməliyik.
Bu proses başlandı.
Bu gün artıq
dünyanın 70 ölkəsinə
film ixrac edirik. Bildiyiniz kimi, sizin ölkənizdə
də belə bir addım atıldı. Azərbaycan teatr,
musiqi, kino sahəsində çox önəmli dəyərlərə
malik bir ölkədir. Yaxın zamanlarda
Azərbaycan da serial çəkilişində belə
bir irəliləyiş
əldə edə bilər. Bizim seriallarımız həqiqətən də çox keyfiyyətli çəkilir və onlar Türkiyənin təbliğatını aparır.
Hər bir ölkə bu imkanlardan yararlanmaq istəyir. Məsələn, Amerikanın dünyada
təsirli olmasının
mühüm səbəblərindən
biri də Amerika filmləri, seriallardır. Hər birimizin
evinə bu seriallar girdi və hətta mənim övladlarım belə Amerikanın tarixini Türkiyənin tarixindən daha yaxşı bilməyə
başladılar. Odur ki,
biz artıq öz tariximizi özümüz təbliğ etməli və bununla qürur duymalı olduğumuzu bilməliyik.
Azərbaycanın da bu istiqamətdə addımlar
atmasını çox
təqdir edirik və qardaş olaraq gərəkən köməyi də göstərməyə hazırıq.
Mehparə
Mədəniyyət.- 2012.- 13 yanvar.-
S. 10.