Sahəölkəmizi Hindistanda beynəlxalq kinofestivalda təmsil edir

 

   Yanvarın 12-də Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune film festivalı başlayıb. Yanvarın 19-dək davam edəcək mötəbər sənət yarışmasında ölkəmiziNərimanfilmkinostudiyasının istehsalı olanSahəbədii filmi təmsil edir.

  

   Kinostudiyadan bildiriblər ki, “Sahəfestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq.

   Puna Film Fondu Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunan kinofestival Hindistanın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrilib. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında uşaq filmləri nümayiş etdiriləcək.

   Müsabiqə Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya digər ölkələri əhatə edir. Tədbirin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın dostluğun inkişafına zəmin yaratmaqdır.

   İndiyədək bir sıra festival müsabiqələrdə uğur qazananSahəfilmi dünya kinosunun aparıcı ölkələrindən olan Hindistanda da mükafata iddialıdır.

   Məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edən film “Nərimanfilm” (Azərbaycan), “GeorgianfilmBagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır. Ekran əsəri Mədəniyyət Turizm Nazirliyinin maliyyə dəstəyi Paşa Bank”ın iştirakı ilə lentə alınıb.

   Filmin ssenari müəllifi quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

   Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu Timur Oduşev (Azərbaycan) çəkiliblər.

 

 

   Mədəniyyət.- 2012.- 13 yanvar.- S. 3.