Dahi Üzeyir bəyin layiqli yetirməsi
Yanvarın 21-də görkəmli bəstəkar,
Azərbaycanın Xalq
artisti, “Şərəf
nişanı” ordenli Şəfiqə Axundovanın
88 yaşı tamam olur. 100-dən çox mahnı, romans müəllifi olan sənətkar Azərbaycanda
ilk opera (“Gəlin qayası”,
librettosu İ.Coşqunundur)
yazan qadın bəstəkardır. Musiqiyə dahi
Üzeyir bəyin xeyir-duası ilə gələn tanınmış
bəstəkar sonralar
H.Xanməmmədovdan, A.Rzayevadan,
F.Zeynalovadan, M.Nəsirbəyovadan,
B.Zeydmandan dərs alır.
Hələ konservatoriyada oxuduğu
illərdə bir çox vokal və instrumental əsərlər
- N.Gəncəvinin (“Nə
gözəl”, “Cahanda”),
M.Füzulinin (“Fəqan
etməz idim”) sözlərinə bəstələdiyi
romanslar, “Zəfər
mahnısı”, “Ana vətən”
mahnıları və
s. yazır. 1973-cü ildə mədəniyyətimizin
inkişafındakı əməyinə
görə Əməkdar
incəsənət xadimi,
1998-ci ildə Xalq artisti adına
layiq görülüb.
Yaradıcılığında
mahnı janrına xüsusi yer verən Şəfiqə xanımın bəstələdiyi
əsərlər həmişə
populyar müğənnilər
tərəfindən sevilərək
ifa olunub, dinləyicilərin böyük
rəğbətini qazanaraq
yaddaşlara hopub. Bəstəkarın çoxlu
sayda mahnısı Dövlət Televiziya və Radio Şirkətinin
fondunda saxlanılır.
60-dək teatr tamaşasına
(“Əlvida Hindistan”, “Rübailər aləmində”,
“Yazığam, sevmə
məni”, “Sən nə üçün yaşayırsan?” və
s.) musiqi yazmış
bəstəkarın yaratdığı
əsərlərin siyahısını
daha da genişləndirmək
olar. Amma buna ehtiyac varmı?
Şəfiqə Axundova
hamı tərəfindən
sevilən, hörmətlə
qarşılanan, mahnıları
dillər əzbəri
olan istedadlı bəstəkarlardandır.
Yadımdadır,
40-45 il əvvəl mən 6 saylı musiqi məktəbində oxuyarkən Şəfiqə
xanım da bu təhsil ocağına övladını
gətirirdi. Hər gəlişində koridorda
onun ətrafına o qədər valideyn yığılıb bəstəkarı
sorğu-suala çəkirdi
ki... Bir dəfə direktorumuz Qəzənfər Topçuyev
fortepiano müəllimimiz Məryəm
xanımı çağırıb
demişdi ki, bəlkə Şəfiqə
xanımla danışıb
məktəbdə valideynlərin
də iştirak edəcəyi bir görüş keçirək.
Amma bəstəkar buna razı olmamışdı: “Analar
orada sıxılıb
ürəklərindən keçən
sualları verməkdən
çəkinərlər. Elə
bu cür - adi, təbii görüşməyimiz yaxşıdır”.
Bəli, görkəmli
bəstəkar həmişə
hər şeyi təbii, real görmək
istəyib, təmtəraqdan
uzaq olub.
Xalq artisti, professor, gözəl
tarzən Zamiq Əliyev Şəfiqə
xanım haqqında deyir: “Şəfiqə Axundovanın özəlliklərindən
geniş bəhs etməyə çox da ehtiyac yoxdur
- onun sənəti göz qabağındadır.
Gözəl bəstəkarımız
nə yazıbsa, hamısı şedevr əsərlərdir. Həmin
bəstələr heç
vaxt unudulmayacaq, zamanın gərdişində
itib-batmayacaq. Bu da Şəfiqə xanımın
muğamı fundamental surətdə
bilməsindən, əsərlərinin
muğama söykənməsindən
irəli gəlir. İstedadlı bəstəkarımız
dahi Üzeyir bəyin layiqli yetirməsidir. Mən onun “Layla” mahnısını
tarın solosunda ifa etmişəm və bu lent yazısı radionun fondunda saxlanılır. İnanıram ki, Şəfiqə xanımın
bundan sonra da öz əsərləri
ilə sənətin zirvəsində olacaq”.
İradə
Əsədova
Mədəniyyət.-
2012.-18 yanvar.- S. 12.