Ovçuluq turizmi: imkan da var,
maraq da
Amma ov həvəskarları
bu sahədə olan qadağalardan və ovçuluq təsərrüfatlarının zəifliyindən gileylənirlər
Bu gün dünyada
insanların marağını
cəlb edən turizm növlərindən
biri də ovçuluq turizmidir.
Ölkəmizdə də bu turizm növünün inkişafı üçün
imkanlar mövcuddur.
Bu imkanlardan necə
istifadə olunması
məsələsində isə
ortaya bir sıra suallar çıxır.
Əcnəbi ov həvəskarları üçün
cəlbedici məkan
Respublika Ovçular və
Balıqçılar Cəmiyyətinin
sədri Füzuli Əşrəfov artıq
5-6 ildir Azərbaycanda
quş ovuna qadağa qoyulduğunu bildirir. Onun sözlərinə görə,
bəzi heyvan növlərinin, o cümlədən
dovşan, qaban və dağ keçisinin ovlanmasına
icazə var ki, onun üçün
də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
müvafiq qurumundan lisenziya almaq gərəkdir: «Ümumilikdə
götürdükdə ovçuluqla
maraqlananlar çoxdur.
Cəmiyyətin 20 mindən artıq
üzvü var. Bu faktın
özü ölkəmizdə
ovçuluğa olan marağın göstəricisidir.
Turizm şirkətləri və
ölkəmizə gələn
bəzi xarici qonaqlar tərəfindən
bizə tez-tez müraciətlər olur».
Cəmiyyət sədrinin sözlərinə
görə, Azərbaycana
səfər edən əcnəbi ov həvəskarları dağ
keçisi ovuna çox maraq göstərirlər. F.Əşrəfov
bildirdi ki, son vaxtlar Azərbaycana nə qədər əcnəbi ovçu turistin gəlməsini dəqiq söyləmək
çətindir: “Ayrı-ayrı
turizm şirkətlərinin
xətti ilə də respublikaya xarici ovçular gəlirlər. Buna görə onların dəqiq sayını demək mümkün deyil”.
Ovçuluq təsərrüfatları
müasir tələblərə
cavab vermir
Ovçular və Balıqçılar
Cəmiyyətinin üzvü
Mahir Hümbətov deyir ki, ovçuluq
turizminin Azərbaycanda
geniş coğrafiyası
var. Ölkəmizdə həm
düzənlik, həm
də dağlıq ərazilərdə turizmin
bu növünün inkişafı mümkündür.
Bir neçə il əvvəl “quş qripi” ilə əlaqədar quş ovuna qoyulan qadağanın hələ də qüvvədə qalmasının
bütün yerli ovçularda narahatlıq yaratdığını deyən
həmsöhbətimin fikrincə,
ov həvəskarları
üçün nə
qədər əlverişli
şərait yaradılarsa,
bu turizm növünün inkişafına
bir o qədər böyük zəmin yaranar: “Çünki ovçuluqla təkcə yerli əhali deyil, ölkəmizə səfərə gələn
xarici vətəndaşlar
da çox maraqlanırlar».
Mütəxəssis deyir ki, sovet dövründə Azərbaycanda çoxlu sayda ovçuluq təsərrüfatları mövcud
olub. Bu təsərrüfatların
əraziləri və
inzibati binaları hələ də qalır: «Lakin bu sahəyə yatırım qoyulmadığına
görə həmin təsərrüfatlar müasir
tələblərə cavab
vermir. Ona görə də
hər hansı xarici turist ovla
məşğul olmaq
istəsə, müəyyən
problemlərlə qarşılaşır.
Bu sahədə mövcud potensialdan lazımi səviyyədə
istifadə edilməsi
və mövcud maneələrin aradan qaldırılması Azərbaycana
böyük sayda ov turizmi həvəskarının
gəlməsinə təkan
verə bilər».
Heyvan ovu xüsusi
qrafiklə tənzimlənir
Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdir
müavini-Daxili turizmin
inkişafı sektorunun
müdiri Mahir Qəhrəmanovun sözlərinə
görə, Azərbaycanın
təbii-coğrafi mövqeyi
turizmin bütün növlərinin inkişafı
üçün əlverişli
imkan yaradır: «Ovçuluq turizminin inkişafı üçün
də ölkəmizdə
kifayət qədər
potensial var. Turizmin bu növü bütün dünyada çox gəlirli biznes kimi qəbul
edilir. Azərbaycan ovçuluq turizminin
geniş potensialı baxımından Afrika ölkələri ilə müqayisə oluna bilər. Ölkəmizdə bir neçə
min heyvan və quş növü var. Düzdür, bəzi heyvan və quşların ovlanması
Azərbaycanın mövcud
qanunları ilə qadağandır, bəzilərinə
isə xüsusi lisenziya ilə icazə verilir».
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktor müavini Hikmət Əlizadə Azərbaycanda
hansı heyvanların
nə zaman ovlanmasına icazə verilməsinin xüsusi qrafiklə tənzimləndiyini
deyir. Təkə iyun-oktyabr, qaban
sentyabr-dekabr, dovşan
dekabr-fevral, bataqlıq
qunduzu oktyabr-fevral aylarında ovlana bilər. Çaqqal və yenotun
sayının tənzimlənməsi
məqsədilə onların
ilboyu ovlanmasına icazə verilir. Quş ovuna isə “quş qripi” ilə əlaqədar hələlik qadağa qoyulub.
H.Əlizadə
onu da qeyd
etdi ki, vəhşi heyvanların ovlanması müvafiq ov sahələri və ovçuluq təsərrüfatları üzrə
məhdudlaşdırılır: «Vəhşi heyvanların sayının tənzimlənməsi
məqsədilə qabanın
Lənkəran, Astara,
Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki
və İsmayıllıda,
təkənin Zaqatala,
Şəki, Qax, Oğuzda, dovşanın isə Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda müvafiq ov sahələrində ovçuluq təsərrüfatlarında
ovlanmasına icazə
verilir. Eyni zamanda Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy
və Tərtər rayonlarında, Xəzər
dənizinin adalarında,
yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə,
şəhərlərin və
kurort ərazilərinin
ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilir. Buna riayət etməyənlər
ciddi şəkildə
cəzalandırılır».
Nazirlik rəsmisi bildirdi
ki, ov etmək
üçün icazə
Bakı Şəhər
Ekologiya və Təbii Sərvətlər
Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri
tərəfindən verilir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 6.