Qarabağlı uşaqların çəkdikləri fotoşəkillər Budapeştdə sərgilənib

 

   Budapeştdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaqların çəkdikləri fotoşəkillərdən ibarət sərgi keçirilib.

 

   Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, sərgi Macar Könüllülər Fondu tərəfindən 4 ölkədən 8 könüllünün iştirakı ilə həyata keçirilən layihənin yekun tədbiri olub.

   Macarıstan, Fransa, Hollandiya və Polşadan olan könüllülər Azərbaycana gəlib, qaçqın düşərgələrində məskunlaşan uşaqlara fotoaparatlar paylayaraq şəkillərin çəkilməsini, həmçinin onların “Sənin arzun nədir?” mövzusunda inşa yazmalarını təşkil edib. Bu inşalar da həmin sərgidə Azərbaycan, ingilis və macar dillərində nümayiş etdirilib. SOS Uşaq Kəndlərinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatı və istəklərinə uşaqların gözü ilə nümayiş etdirməkdir.

   Tədbirdə məcburi köçkün ailəsindən olan 11 yaşlı Elgünün vətənpərvərlik mövzusunda yazdığı inşa macar dilində iştirakçılar üçün oxunub.

 

 

    Mədəniyyət.- 2012.- 18 yanvar.- S. 3.