Dünya azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edir

 

  20 Yanvar - Ümumxalq Hüzn Günü, ölkəmizin hər yerində olduğu kimi, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də müxtəlif mərasimlərlə qeyd edilir, faciə qurbanlarının xatirəsi yad olunur.

  

   Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər təşkilatların iştirakı ilə keçirilən konfrans, dəyirmi masaseminarlarda Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş hadisələr təhlil olunur. Murmanskda Azərbaycan tələbələri, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəalları tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək, Azərbaycan televiziyasının verilişlərinə baxış olacaq, ehsan veriləcək və şəhidlərin ruhuna dualar oxunacaq. Tədbir çərçivəsində həmçinin sənədli film nümayiş etdiriləcək və fotosərgi təşkil olunacaq.

   Ukrayna, BelarusMoldovada yaşayan həmvətənlərimiz 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər keçirəcəklər.

   Avropada yaşayan soydaşlarımız da Qanlı Yanvar qurbanlarının xatirəsini yad edirlər. Almaniyada fəaliyyət göstərən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Azərbaycan Evi, “Xəzər” Hannover Cəmiyyəti, “Alm.Az“ Cəmiyyəti tərəfindən keçirilmiş tədbirlərdə şəhidlərin ruhu anılmış, 20 Yanvarın Azərbaycan tarixindəki yeri barədə iştirakçılara, o cümlədən müxtəlif millətlərin diaspor nümayəndələrinə ətraflı məlumat verilib.

   Maqdeburq şəhərində keçirilən Demokratiya yolları” adlı tədbirdə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Cəmiyyətinin sədri Etibar Qəniyev 20 Yanvar faciəsi barədə danışıbıar. Tədbirin sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təqdim etdiyi 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.

   Drezden şəhərində „“Alm.az“ cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə cəmiyyətin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən qətliam barədə məlumat verib, daha sonra „“Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdirilib. Tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də rus, yəhudi, ukraynalı, qazax icmalarının təmsilçiləri də iştirak ediblər.

   20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər Almaniyanın Kassel, Marburq, Höttingen şəhərlərində də keçirilir.

   İsveçdə fəaliyyət göstərən “Durna” dərnəyi, İsveç-Azərbaycan Federasiyası, “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti tərəfindən müvafiq olaraq Stokholm, Yöteborq, Malmö şəhərlərində 20 Yanvar şəhidlərinin ruhu yad ediləcək, sovet hərb maşınının Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş cinayəti barədə məlumat veriləcək, fotovideo materiallar nümayiş etdiriləcək.

   Qara Yanvarın 22-ci ildönümünə həsr olunmuş tədbirlər Fransa, Danimarka, Niderland, İtaliya, Böyük Britaniyada da keçiriləcək. Norveç Krallığında Norveç Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən “20 Yanvar - qan yaddaşımız” adlı konfrans keçiriləcək, Finlandiyada “Azəri-Fin” Dostluq Cəmiyyəti tərəfindən “Qara Yanvar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

   20 Yanvar Ümumxalq hüzn günü Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunur.

   Qardaş Türkiyənin Ankara, İstanbul, İzmir, Kocaeli, Balıkesir, Adana, Antalya, Edirne və digər şəhərlərində 1990-cı ilin yanvarında baş verən hadisələrinə həsr olunmuş konfrans və dəyirmi masalar, fotosərgilər təşkil ediləcək.

   Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb, kitabxanaya 20 Yanvar hadisələrindən bəhs edən ərəb dilində kitablar, jurnallar, erməni terroruna dair müxtəlif dillərdə nəşrlər təqdim edib. Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusu, ərəb dilində “Azərbaycan haqqında 100 suala cavab”, Azərbaycanın mədəni irsi və tarixinə dair ərəb dilində kitablar, təqvimlər də kitabxanaya verilib. Cəmiyyət sədri Dubay Əmirliyinin hökumət nümayəndələri ilə də görüşərək onlara 20 Yanvar barədə ətraflı məlumat, həmçinin kitabjurnallar təqdim edib.

   20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Təbriz şəhərində də anma mərasimi keçiriləcək. Ölkəmizin Təbrizdəki baş konsulluğundan verilən məlumata görə, mərasimə İran rəsmiləri, Təbrizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, şəhər ictimaiyyətinin təmsilçiləri dəvət olunublar. Tədbirdə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdiriləcək.

   Misir Ərəb Respublikasında da ölkə ictimaiyyətinə, burada yaşayan müxtəlif millətlərin diaspor nümayəndələrinə Qanlı Yanvar faciəsi barədə məlumat veriləcək, Küveytdə “20 Yanvar Şəhidləri” adlı fotosərgi təşkil olunacaq.

   ABŞ-da fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 20 Yanvar faciəsi barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbir keçirib. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanlı hadisələrinin 22-ci ildönümü ilə bağlı yeni kampaniyaya - məktub göndərmə kampaniyasına start verib. ABŞ-ın rəsmi şəxslərinə ünvanlanan məktublarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınlardan söz açılır.

   Kanadada fəaliyyət göstərən Alberta-Azərbaycan Mədəniyyət Mərkəzi və Kanada-Azərbaycan Təşkilatlar Assambleyasına daxil olan təşkilatlar tərəfindən müvafiq olaraq ölkənin KalqariOttava şəhərlərində 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad ediləcək.

   Latın Amerikasındakı Azərbaycan Assosiasiyası Azərbaycanın Meksikadakı səfirliyi ilə birlikdə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirəcəklər.

   Avstraliyada fəaliyyət göstərən Avstraliya Dostluq Cəmiyyəti Qara Yanvarın 22-ci ildönümünə həsr olunmuş konfrans keçirəcək, ictimaiyyətə sovet hərb maşınının Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törətdiyi terror aktı barədə məlumat verəcək.

   Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 20 Yanvar hadisələrinin 22-ci ildönümünə və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirləri yanvar ayının sonunadək davam edəcək.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 7.