Sağalmayan dərd
O il qara
at üstündə təhvil
olmuşdu. Xalq arasında belə söylənilirdi ki, bu, soyuq müharibəyə
işarədir... 1990-cı ilin yanvarı Azərbaycan xalqı üçün çox ağır gəldi. O dəhşətli günlər
millətimiz üçün
bir imtahan oldu...
1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
sovet ordusu tərəfindən xalqımıza
qarşı tarixdə
görünməyən qəddarlıq-zorakılıq
törədildi. Bu hərbi təcavüzün
məqsədi öz suverenliyi uğrunda ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını
boğmaq idi.
Artıq o faciədən iyirmi iki il keçir. Bu sağalmayan dərdin fövqündə
dayanıb ötənlərə
baxanda tariximizin qanla yazılmış xatirələrində oxuyuruq:
“Ağlama, qəhrəmanların
var, mərd ol, düşmənlərin
var!”.
"20 Yanvar şəhidi" fəxri
adının təsis
edilməsi haqqında
1998-ci ildə ümummilli
lider Heydər Əliyev tərəfindən
imzalanan fərmanda deyilir: "20 Yanvar xalqımızın qəhrəmanlıq
günüdür. Azərbaycan xalqı
hərbi, siyasi, mənəvi təcavüzə
məruz qalsa da, öz tarixi
qəhrəmanlıq ənənələrinə
sadiqliyini, vətənin
müstəqilliyini qorumaq
üçün şəhid
olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Azadlıq yolunda özünü
qurban vermiş şəhidlərimizin fədakarlığı
xalqımızın qəlbində
daim yaşayacaq, gələcək nəsillər
üçün qəhrəmanlıq
məktəbi olacaqdır".
O qanlı-qadalı qış gecəsində doğulan körpələrin indi 22 yaşı var. İnanmaq olmur ki, aradan bu qədər illər keçib. Sanki hər şey dünən olmuşdu. Hələ də gözlərimiz önündən boz havalı, tutqun Bakının o dərdli-naləlı günləri çəkilmir. Əlbəttə, 20 Yanvar, əslində, millətimizin qürur və şərafət günüdür. Nail olunan azadlıq kimdənsə pay alınmadı. O, qanımızla, canımızla, torpağa tapşırılan müqəddəs əmanətlər hesabına əldə olundu. Tapşırıldıqları torpağı millətin hünər dastanına çevirən şəhidlərin ruhu ilə qazanıldı. Ötən əsrin əvvəllərində də, həmin yerdə erməni daşnaklarının və bolşeviklərinin qətlə yetirdiyi soydaşlarımız torpağa tapşırılmışdı. Amma sovet rejiminin sərt qanunları yaddaşımızın üstündən qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmur. Yeni qurbanlarını qoynuna alanda isimsiz şəhidlərin-qəhrəmanların dağılmış sümükləri aşkar olundu...
Şahidlər yaxşı xatırlayırlar ki, o gecənin səhəri Bakının çox təzadlı bir görüntüsü vardı. Havanın ovqatından ürəksıxıcı bir boşluq, ona həmahəng atəş səsləri, küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin qanı tökülmüş torpağa döşənmiş al qırmızı qərənfillər və bir də ağır ləngərli insan izdihamı. O gün hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyini, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdığı həmrəyliyin şahidi olduq. O günü hamımızın bir Vətən adlı dərdli anamız vardı. Yaşından asılı olmayaraq hamı bu mərd və dərdli ananın başına qara şal bağlatdırmış qatillərə, qaniçənlərə nifrət edirdi. O gün insanlar elə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər ki. Dərd bizi yensə də, ürəyimizi dağlasa da, gözümüzü ağlatsa da, vüqarımızı əyə bilmədi...
O gün Azərbaycan xalqının səsini içində boğurdular. Boğurdular ki, harayını kimsə eşidib köməyinə gəlməsin. O ağır günlərdə jurnalist həmkarlarımız dəridən-qabıqdan çıxırdılar. Mərhum Elmira Əmrahqızının 1990-cı ilin yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi idi. Bakının ağır dərdləri Elmira xanımın titrək səsi ilə dünyaya yayılırdı. O vaxt təkcə xarici ölkələrdə yaşayan soydaşlarımız deyil, Azərbaycanın özündə də məhz Elmira xanımı dinləyir, onun həyəcan dolu məlumatları əsasında Bakıda baş verənlərdən xəbər tuturdular.
Şairlərimizdən Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Məmməd Aslan və digərləri də o ağır günlərin dərdini kəlmə-kəlmə, misra-misra qələmə aldılar. Unudulası mümkün olmayan o günlərin ürəyimizə toxtaqlıq gətirən məqamlarından biri də Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi Oljas Süleymenovun Bakıya gəlməsi oldu. O, həmkarları, ziyalılar və gənclərlə görüşərək dərdimizə şərik çıxdı. Yaşadığı mehmanxananın divarlarına sovet əsgərlərinin tuşladığı avtomatları görərkən demişdi: "Qışdan sonra mütləq bahar gələcək“.
O günlərdə Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu millətin dərdini öz yanıqlı avazında ehtiva edirdi. Hər kəs bu səsi Azərbaycan xalqının haqq səsi hesab edirdi. Ona görə də o səsin durdurulmasını istəmirdi...
20 Yanvar faciəsi millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. Dünyaya bir daha özünü var olduğunu sübut etdi...
Savalan FərəcovSağalmayan dərd
21.01.2012
O il
qara at üstündə
təhvil olmuşdu. Xalq arasında belə söylənilirdi ki, bu, soyuq müharibəyə
işarədir... 1990-cı ilin yanvarı Azərbaycan xalqı üçün çox ağır gəldi.
O dəhşətli günlər
millətimiz üçün
bir imtahan oldu...
1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
sovet ordusu tərəfindən xalqımıza
qarşı tarixdə
görünməyən qəddarlıq-zorakılıq
törədildi. Bu hərbi təcavüzün
məqsədi öz suverenliyi uğrunda ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını
boğmaq idi.
Artıq o faciədən iyirmi iki il keçir. Bu sağalmayan dərdin fövqündə
dayanıb ötənlərə
baxanda tariximizin qanla yazılmış xatirələrində oxuyuruq:
“Ağlama, qəhrəmanların
var, mərd ol, düşmənlərin
var!”.
"20 Yanvar şəhidi" fəxri
adının təsis
edilməsi haqqında
1998-ci ildə ümummilli
lider Heydər Əliyev tərəfindən
imzalanan fərmanda deyilir: "20 Yanvar xalqımızın qəhrəmanlıq
günüdür. Azərbaycan xalqı
hərbi, siyasi, mənəvi təcavüzə
məruz qalsa da, öz tarixi
qəhrəmanlıq ənənələrinə
sadiqliyini, vətənin
müstəqilliyini qorumaq
üçün şəhid
olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Azadlıq yolunda özünü
qurban vermiş şəhidlərimizin fədakarlığı
xalqımızın qəlbində
daim yaşayacaq, gələcək nəsillər
üçün qəhrəmanlıq
məktəbi olacaqdır".
O qanlı-qadalı
qış gecəsində
doğulan körpələrin
indi 22 yaşı var.
İnanmaq olmur ki, aradan bu
qədər illər keçib. Sanki hər
şey dünən olmuşdu. Hələ də gözlərimiz
önündən boz havalı, tutqun Bakının o dərdli-naləlı
günləri çəkilmir.
Əlbəttə, 20 Yanvar, əslində,
millətimizin qürur
və şərafət
günüdür. Nail olunan azadlıq kimdənsə pay alınmadı.
O, qanımızla, canımızla,
torpağa tapşırılan
müqəddəs əmanətlər
hesabına əldə
olundu. Tapşırıldıqları torpağı millətin
hünər dastanına
çevirən şəhidlərin
ruhu ilə qazanıldı. Ötən əsrin
əvvəllərində də,
həmin yerdə erməni daşnaklarının
və bolşeviklərinin
qətlə yetirdiyi soydaşlarımız torpağa
tapşırılmışdı. Amma sovet rejiminin sərt qanunları yaddaşımızın üstündən
qara xətt çəkmişdi. Torpaq isə
heç nəyi unutmur. Yeni qurbanlarını qoynuna alanda isimsiz şəhidlərin-qəhrəmanların dağılmış sümükləri
aşkar olundu...
Şahidlər yaxşı xatırlayırlar
ki, o gecənin səhəri Bakının
çox təzadlı
bir görüntüsü
vardı. Havanın ovqatından
ürəksıxıcı bir boşluq, ona həmahəng atəş səsləri,
küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin
qanı tökülmüş
torpağa döşənmiş
al qırmızı qərənfillər
və bir də ağır ləngərli insan izdihamı. O gün hər birimiz həyatla ölümün
qovuşuğunda çırpınan
millətimizin birliyini,
eyni dərdin, fəlakətin içində
candan, qandan yaratdığı həmrəyliyin
şahidi olduq. O günü hamımızın
bir Vətən adlı dərdli anamız vardı. Yaşından asılı olmayaraq
hamı bu mərd və dərdli ananın başına qara şal bağlatdırmış
qatillərə, qaniçənlərə
nifrət edirdi.
O gün insanlar elə qorxmaz, cəsarətli, vüqarlı
görünürdülər ki. Dərd bizi
yensə də, ürəyimizi dağlasa da, gözümüzü ağlatsa da, vüqarımızı əyə
bilmədi...
O gün Azərbaycan xalqının
səsini içində
boğurdular. Boğurdular ki,
harayını kimsə
eşidib köməyinə
gəlməsin. O ağır
günlərdə jurnalist
həmkarlarımız dəridən-qabıqdan
çıxırdılar. Mərhum Elmira Əmrahqızının 1990-cı ilin yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi
idi. Bakının ağır dərdləri
Elmira xanımın titrək
səsi ilə dünyaya yayılırdı.
O vaxt təkcə xarici ölkələrdə
yaşayan soydaşlarımız
deyil, Azərbaycanın
özündə də
məhz Elmira xanımı
dinləyir, onun həyəcan dolu məlumatları əsasında
Bakıda baş verənlərdən xəbər
tuturdular.
Şairlərimizdən
Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Cabir Novruz, Tofiq Mütəllibov,
Şahmar Əkbərzadə,
Nüsrət Kəsəmənli,
Məmməd Aslan və digərləri də o ağır günlərin dərdini kəlmə-kəlmə, misra-misra
qələmə aldılar.
Unudulası mümkün olmayan
o günlərin ürəyimizə
toxtaqlıq gətirən
məqamlarından biri
də Qazaxıstan Yazıçılar İttifaqı
İdarə Heyətinin
birinci katibi Oljas Süleymenovun Bakıya gəlməsi oldu. O, həmkarları,
ziyalılar və gənclərlə görüşərək
dərdimizə şərik
çıxdı. Yaşadığı
mehmanxananın divarlarına
sovet əsgərlərinin
tuşladığı avtomatları
görərkən demişdi:
"Qışdan sonra
mütləq bahar gələcək“.
O günlərdə
Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu millətin dərdini öz yanıqlı avazında ehtiva edirdi. Hər kəs bu səsi
Azərbaycan xalqının
haqq səsi hesab edirdi. Ona görə də o səsin durdurulmasını istəmirdi...
20 Yanvar
faciəsi millətimizin
tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. Dünyaya bir daha özünü var olduğunu sübut etdi...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 6.