Turan Yazqana TÜRKSOY-un “Onur medalı”
verilib
Yarandığı gündən türk
xalqlarının mədəniyyətinin
araşdırılması, gənc nəslə çatdırılması, habelə
dünyada təbliği
istiqamətində fəaliyyət
göstərən TÜRKSOY türkdilli ölkələrin
elm, sənət və
mədəniyyət xadimləri
üçün «TÜRKSOY - Onur medalı» təsis edib. 2011-ci ilin yekunlarına
görə, medalın
türk dünyasının
elm və mədəniyyətinin
inkişafında xüsusi
xidmətləri olan
professor Turan Yazqana verilməsi qərara alınıb.
Azərbaycanın qurumdakı təmsilçisi
Elçin Qafarlının
verdiyi məlumata görə, TÜRKSOY Baş
katibliyinin qərargahında
təşkil olunan mərasimdə medal sahibinə
təqdim edilib. Sonra professor Turan Yazqanın türk dünyasının
milli-mənəvi və
mədəni birliyi yolunda əzmkar fəaliyyətindən bəhs
edən film nümayiş
olunub.
Tədbirdə
çıxış edən
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov
professor Turan Yazqanın
türk dünyasını
sevən, onun problemlərinin həllinə
xüsusi can yandıran
böyük şəxsiyyət
olduğunu bildirib. Onun fəaliyyətinin türk
dünyasında böyük
hörmətlə izlənildiyini
və hörmətlə
qarşılandığını vurğulayıb.
Türkiyə Cümhuriyyətinin mədəniyyət və
turizm naziri Ərtoğrul Günay öz növbəsində
TÜRKSOY-un təsis etdiyi
medalın professor Yazqana
verilməsini yüksək
qiymətləndirib. Ərtoğrul Günay deyib ki, professor Yazqanın təşəbbüsləri sayəsində
türkdilli ölkələr
son illər xüsusən
də humanitar sahədə elmi əməkdaşlığı daha da gücləndiriblər.
Nazir
professor Turan Yazqanın
bundan sonra da türk mədəniyyətinin
araşdırılması və
təbliği sahəsində
böyük işlər
görəcəyinə ümidvar
olduğunu deyib.
Türk Dünyası Araşdırmaları
Vəqfinin başqanı,
professor Turan Yazqan belə bir yüksək medala layiq görülməkdən
şərəf duyduğunu
bildirib və
TÜRKSOY-a minnətdarlığını
ifadə edib.
Mehparə
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 6.