Bolonya prosesinin məqsədi
ali təhsildə keyfiyyətin
artırılmasıdır
Cəfər
Cəfərov: «Elə bir mühit yaratmağa
çalışırıq ki, tələbələr bizdə
təhsil almaqdan məmnun qalsınlar»
«Bolonya
prosesinin mahiyyətində duran əsas məsələlərdən
biri ümumavropa vahid təhsil məkanını
formalaşdırmaqdan ibarətdir. Bu elə bir təhsil məkanıdır
ki, burada həm akademik heyət, həm də təhsil alan tələbələr
tam sərbəst olmalıdırlar».
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovun sözlərinə görə, bu sistem əsasında tələbələr öz təhsil ocaqları ilə yanaşı, müəyyən fənlər üzrə digər ali məktəblərdə, hətta xarici ölkələrin universitetlərində təhsil ala bilərlər: «Azərbaycan da Bolonya prosesinə qoşulduğu gündən bu istiqamətdə qaydalarımızın təkmilləşdirilməsi üçün mühüm addımlar atılır».
«Bolonya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin artırılmasıdır» deyən rektorun fikrincə, bu proses tətbiq edilənə qədər ayrı-ayrı ölkələrin milli ali təhsil məkanları var idi və bu ali təhsil məkanları bir-biri ilə rəqabət apara biləcək vəziyyətdə deyildilər: «Amma hazırkı vəziyyətdə Azərbaycanın ali məktəbləri Avropa məktəbləri ilə rəqabət mühiti içərisindədir. Tələbələrə hüquq verilib ki, onlar Azərbaycanda və ya Almaniyada təhsil alırlarsa, təhsil aldıqları prosesdə digər ölkənin ali məktəbinə kredit transferi ilə gedə bilsinlər. Belə bir şərtlər daxilində ali məktəb məcburdur ki, tələbəyə, həmçinin müəllimə bir müştəri kimi baxsın, onun məmnuniyyəti üçün çalışsın, ona ən sərfəli və ən keyfiyyətli təhsil təklif etsin. Əks təqdirdə, həmin ali məktəbə tələbələrin müraciət etmə faizi ildən-ilə azala bilər. Bu da bu ali məktəbin bağlanmasına gətirib çıxarar. Ona görə də Turizm İnstitutu ilk gündən təhsili Bolonya prosesinin tələblərinə uyğun olaraq qurmağa çalışır. İstəyirik ki, tələbələri «burada məcbur təhsil almalısız» tələbi qarşısında qoymayaq, elə bir mühit yaradaq ki, onlar bizdə təhsil almaqdan məmnun qalsınlar və əmək bazarı üçün keyfiyyətli kadr olsunlar».
O ki qaldı bu tədris prosesinin Azərbaycanın digər ali məktəblərində tətbiqinə,
C.Cəfərov bildirdi ki,
bəzi dövlət ali təhsil müəssisələrində
Bolonya prosesi yalnız
çoxballı qiymətləndirmə ilə məhdudlaşır:
«Bəziləri bunun əsasında böyük və mürəkkəb proses olan Bolonya
prosesini qiymətləndirib nəticə
çıxarırlar. Qeyd edim ki, bu proses
bizi xoş olmayan bir istiqamətə
apara bilər. Dövlət
təhsil müəssisələrinin
rəqabətə davamlılıq
qabiliyyəti zəifləyər,
onlar özəl təhsil müəssisələrinə
uduza bilərlər və elə bir vəziyyət yaranar ki, ölkədə
daha çox keyfiyyətli təhsili özəl məktəblər
verərlər. Ona
görə də hər hansı bir ali məktəbin keyfiyyətli
təhsil verməsi üçün Bolonya prosesi mühüm fürsətdir. Çünki hazırda pulsuz
təhsil deyə bir şey yoxdur.
Hamı pulla təhsil alır. Kimlər ki, qəbul imtahanında yüksək
bal toplayırlar və seçdikləri ixtisaslar dövlətin ehtiyac duyduğu ixtisaslar içərisindədir,
onların təhsilini
dövlət maliyyələşdirir.
Qalanları isə ödənişli
əsaslarla təhsil alırlar. Yəni bu vauçer sistemi onu göstərir
ki, dövlət də ali
məktəblərə pulu
tələbələrin sayına
görə ödəyəcək.
Ona görə də özəl təhsil müəssisələri də
burada çox məntiqli davranırlar.
Çalışırlar ki, nə qədər imkan varsa, daha çox
gənci özlərinə
cəlb etsinlər.
Bunun üçün reklama da pul xərcləyirlər,
sərgilərə də
gedirlər, ali məktəbin marketinqini aparırlar, tələbələr
üçün daha yaxşı şərait yaratmağa çalışırlar».
Əksər gənclərin daha
böyük vəsait
xərcləyərək, müxtəlif
xarici ölkələrdə
təhsil almağa üstünlük verməsi
məsələsinə isə
rektor fərqli yanaşır. O, xaricdə
təhsilin əleyhinə
olmadığını deyir:
«Şimali Kipr Doğu Akdeniz Univesitetində bu gün 400 azərbaycanlı
gənc təhsil alır. Bizim elə ali
təhsil müəssisələrimiz
var ki, onların
ixtisaslarında yerlər
50 faiz dolmur. O ali məktəblərin
rəhbərləri oturub
düşünməlidirlər, nəyə görə o
400 gənc burada həmin ixtisaslar ola-ola öz ölkəmizdə deyil, Kiprdə təhsil almağı üstün tuturlar? Mən xaricdə təhsilin
əleyhinə deyiləm.
Sadəcə, demək
istədiyim odur ki, bir gənc
xarici ölkəyə
təhsil almağa o vaxt gedər ki, onun ölkəsində
təhsil almaq çox baha olar, ali
məktəbə daxil
olmaq şərtləri
ağır olar və s. Amma bu gün həm
qəbulda, həm tədris prosesində Azərbaycan ali məktəbinin şərtləri
qat-qat münasibdir. Ona görə də biz turizm ixtisası üzrə xarici ölkələrə təhsil
almağa gedən tələbələrimizi araşdırırıq,
onların nədən
burada təhsil almaq istəməməsinin
səbəblərini aydınlaşdırmağa
çalışırıq. Məlum olur ki, onları qane etməyən bir sıra amillər
var. Bunlardan biri ali məktəblərin
maddi-texniki şəraitidir.
Bu gün əksər
ali məktəblərdə
tələbə şəhərciyi,
tələbə yataqxanası,
tələbələrin sosial
və idman həyatı demək olar ki, düşünülmür.
Bu çox ciddi
çatışmazlıqdır. Bu məsələ ölkə rəhbərliyinin
də diqqətindədir.
Hazırda gündəmdə
olan məsələlərdən
biri də ali məktəblərin
bəzilərinin akademik
şəhərciklər tikilərək,
şəhərdən köçürülməsidir.
Mən təklif edərdim ki, ali məktəblərimiz
nəinki şəhərdən
kənara, hətta regionlara köçürülsün.
Artıq
Azərbaycanın regionları
Bakı şəhərinin
mədəni mühitindən
geri qalmır».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.-25 yanvar.- S. 6.