“Öz məşəlini alovlandır!”
“Eurovision-2012” müsabiqəsinin rəsmi saytı təqdim olundu
Yanvarın
26-da Bakı Biznes Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirildi.
Konfransda
“Eurovision” mahnı müsabiqəsinin
icraedici rəhbəri
Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər
üzrə direktoru Sietse Bakker, “eurovision.tv”nin
direktoru Yorqan Frank,
“Eurovision-2012” mahnı müsabiqəsi
işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin
ictimaiyyətlə əlaqələr
və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak edirdilər.
Mərkəzin foyesində Azərbaycan
Dövlət İncəsənət
Universitetinin tələbələrinin
müsabiqə ilə
bağlı əl işlərindən ibarət
sərgi nümayiş
olunurdu.
Tədbirdə ilk olaraq mətbuat
nümayəndələrinə Azərbaycanda keçiriləcək
“Eurovision-2012” mahnı müsabiqəsi
ilə bağlı
video çarx nümayiş
etdirildi. Həmçinin eurovision.az saytının təqdimatı
oldu.
Mətbuat konfransında iştirak
edən “Eurovision” mahnı
müsabiqəsinin icraedici
rəhbəri Yan Ola Sand tədbiri
işıqlandıran jurnalistlərin
sayının çox
olmasından məmnunluğunu
bildirdi. O, Azərbaycanın
mahnı yarışmasında
qalib gəldikdən dərhal sonra yeni müsabiqəyə hazırlıqlara başladığını
yüksək qiymətləndirdi.
Müsabiqə ilə bağlı
görüləcək işlərin
çoxluğunu, Bakının
gözəl, müasir
şəhər olduğu
üçün bütün
işlərin öhdəsindən
gələcəyinə inandığını
qeyd etdi.
“Eurovision”un təşkilati məsələlər üzrə
rəhbəri Sietse Bekker yanvarın 25-də müsabiqənin rəmzi açarının Bakı
şəhərinə təqdim
olunması ilə bağlı mərasimin fantastik olduğunu dedi. Azərbaycana müsabiqəyə ev sahibliyində uğurlar arzuladı.
“Eurovision.tv”nin rəhbəri Yorqan Frank müsabiqənin
tele-şou deyil, böyük layihə olduğunu bildirdi. Bu işdə ev
sahibinin üzərinə
düşən məsuliyyətdən
danışdı.
“Eurovision-2012” mahnı müsabiqəsinin
işçi qrupunun rəhbəri Adil Kərimli bu gündən sonra Təşkilat Komitəsi və İşçi Qrupunun intensiv olaraq hazırlıqları
həyata keçirəcəyini
bildirdi.
Daha sonra nümayəndələr
təhlükəsizlik məsələləri,
biletlərin qiymətinin
münasib olması, Bakıya gələcək
qonaqların yerləşdirilməsi
və digər məsələlərlə bağlı
jurnalistlərin suallarını
cavablandırdılar.
Reyhan
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 2.