“Mən Küveyti sevirəm”

 

   Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının təşkilatçılığı ilə Əl-Küveyt şəhərində uşaqlar arasında “Gələcək nəsil festivalı” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə həmyerlimiz Nəzrin İbrahimin çəkdiyi “Mən Küveyti sevirəm” adlı əsər Küveyti tərənnüm edən ən yaxşı rəsm nominasiyasında qalib olub. Rəsm Milli Şura tərəfindən hazırlanmış 2014-cü il təqviminin Küveyt üçün əlamətdar bayramlarla zəngin olan fevral ayı səhifəsində yerləşdirilib, “Küveyt uşaqların gözü ilə” adlı rəsm albomuna daxil edilib. Milli Şura tərəfindən qalibə hədiyyələr təqdim olunub. Qeyd edək ki, Nəzrin İbrahim Küveytin karate üzrə milli yığmasının baş məşqçisi həmyerlimiz Elnur İbrahimin qızıdır.

 

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 2.