“Çərçivədən
kənar”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənəti fakültəsi kino rejissoru və operator sənəti kafedrasının II kurs operator ixtisası tələbələrinin “Çərçivədən kənar” adlı fotosərgisi açılıb. Kursun rəhbəri Əməkdar incəsənət xadimi Rövşən Quliyevdir. ADMİU-nun humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli, rejissor sənəti fakültəsinin dekanı, dosent Xaləddin Sofiyev sərginin əhəmiyyətindən danışıblar. Fotosərginin maraqlı cəhəti tələbələrin çərçivədən kənara çıxmaq, hərəkətli yaradıcılığa daxil olmaq istəyidir.
Kinorejissor,
Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət
xadimi Rafiq Qənbərov
sərgilənən işləri yüksək qiymətləndiriblər.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 2.