Ulu öndərin xatirəsinə həsr olunmuş konsert

 

   Aprelin 10-da Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşDünya klassik musiqi irsimusiqi layihəsi çərçivəsində konsert keçirilib. Konsertdə Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və gənc ifaçılar Fatimə Cəfərzadə, Səidə Babışova, Rövşən Əmrahov, Nigar Şabanov, Aytən İbrahimova (violin), Emil Bağırov (klarnet), Emin Cəbrayılov (nağara) çıxış edib.

   Orkestrin və gənc musiqiçilərin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Musa Mirzəyev, Astor PiazollaJul Massnenin əsərləri və xalq mahnıları səsləndirilib. Konsertdə həmçinin caz-muğam popurri ifa olunub.

 

  

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 3.