Mədəniyyət və turizm sahəsində 32 qrant layihəsi dəstəklənib

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyini nazir müavini Nazim Səmədov təmsil edib. Toplantıda ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə Gənclər Fonduna təqdim edilmiş layihələrə baxılıb. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Həmin layihələrin maliyyələşdirilməsinə 1 389 740 manat vəsait ayrılıb. Maliyyələşdiriləcək layihələrin içərisində 26 layihə (194 000 manat) mədəniyyət, 6 layihə (39 700 manat) isə turizm sahəsinə aiddir.

   Müşahidə Şurasının iclasında yaxın aylarda növbəti qrant müsabiqəsinin elan edilməsi barədə razılıq əldə olunub. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən qeyri-hökumət, gənclər təşkilatlarına və yaradıcı gənclərə növbəti qrant müsabiqələrində fəal iştirak etməyi tövsiyə edir.

 

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 3.