Fransada tarix və mədəni
irsimizə dair konfrans
Fransanın Mört və Mosel departamentinin Lunavil şəhərindəki “Kiçik
Versal” adlanan Lunavil qəsrində Bronislav Jeremek adına Avropa Mədəniyyəti Tarixi
İnstitutunun direktoru
Didye Frankforun təşkilatçılığı ilə “Azərbaycan tarixi və mədəni irsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın təşkilatçısı Didye Frankfor dəfələrlə ölkəmizdə
səfərdə olub,
Azərbaycan musiqisini,
muğam və cazı öyrənib.
D.Frankfor
ilk dəfə mərhum
türkiyəli müğənni
Barış Mançonun
ifasında “Ayrılıq”
mahnısını eşitdiyini
və bu mahnı ilə yanaşı xalq mahnılarımızın və
muğamlarımızın ona böyük təsir bağışladığını
bildirib.
O, çıxışında
dahi Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov, məşhur cazmen Vaqif Mustafazadə, dünya şöhrətli
müğənnilər Bülbül,
Rəşid Behbudov və Müslüm Maqomayevin yaradıcılığından
söz açıb.
Konfransda respublikamızın
görməli yerlərindən deyil, zəngin mətbəxindən
bəhs edən qısametrajlı sənədli film
nümayiş etdirilib. Doktorant Şahin Yusifov ölkəmizin
tarixi, Qafqaz-Xəzər dənizi regionunda rolu, enerji siyasəti,
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat
verib. Onun həmkarlarından Olqa Şabelnikova və Ülkər
Cəbiyeva milli rəqslərimizin və
kinematoqrafiyamızın tarixindən danışıblar.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 5.