Heydər
Əliyev Sarayının xeyriyyə tədbiri
Aprelin 10-da Heydər Əliyev
Sarayı “Dəcəllər” Daun Sindromlu Şəxslərin
Assosiyasiyasında növbəti xeyriyyə tədbirini
keçirib. Sarayın təşəbbüsü ilə
keçirilən tədbirdə gənc və istedadlı
müğənnilər Nicat Məhərrəmov, Türkan Əmiraslanova
və Kamil Cəfərov iştirak ediblər. Müğənnilər
populyar estrada və xalq mahnıları ifaları ilə
uşaqlarda xoş ovqat yaradıblar.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 5.